Ramil Səfərovun atası “Şərq”ə danışdı..


“Müzəffər ordumuz separatçıları, terrorçuları doğma Qarabağ torpaqlarından süpürüb atacaq”


“Erməni separatçıları tarixdən hələ də dərs çıxarmayıblar. Onlara vurulan zərbələri tez unudurlar. Unudurlar ki, “dəmir yumruq” yerindədir və hər an başlarına endirilə bilər”.

 Bu sözləri “Sherg.az”a açıqlamasında Azərbaycan Ordusunun zabiti, polkovnik-leytenant Ramil Səfərovun atası Sahib Səfərov dedi. S.Səfərov bir neçə gündür erməni separatçılarının aktivləşərək növbəti dəfə terrora əl atmasını qəzəblə qarşıladığını bildirdi: 

“Cənab Prezident onlarla humanist davranır, amma onlar öz xislətlərindən yenə əl çəkmirlər. Şuşanı atəşə tutublar. 1 nəfər mülki şəxs həlak olub. Erməni terrorçularının basdırdığı minalardan qəhrəman polislərimiz, mülki vətəndaşlarımız şəhid olub. Onlar 44 günlük müharibəni unudublar deyəsən. Unudurlar ki, Qələbə çalan ordumuz yenə qalib gəlmək gücündədir. Müzəffər ordumuz separatçıları, terrorçuları doğma Qarabağ torpaqlarından süpürüb atacaq. Allah ordumuza qüvvət versin”.