Hərbi cinayətkarların girovu olan ermənilərə XİLASKAR: Azərbaycan!

Dünyanın kütləvi informasiya vasitələrində Azərbaycan ərazilərində Ermənistanın mina terrorunun davam etməsi nəticəsində son günlər azərbaycanlı polislərin və mülki şəxslərin həlak olmasına diqqət cəlb edilib.

"Report" xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

İsrailin “Jewish Press”, Fransanın “La Gazette”, Türkiyənin “Didim Postası”, İordaniyanın “Nayrouz.com”, Yaponiyanın “ajmedia.jp”, Gürcüstanın qəzet və portallarında azərbaycanlı polis əməkdaşlarının Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonu ərazisindən keçən hissəsində qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırılmış tank əleyhinə minaya düşərək həlak olması haqqında Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı yayılıb.


Məsələyə münasibət bildirən Millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə "Sherg.az"a açıqlamasında vurğulayıb ki, Azərbaycanın Qarabağ bölgəsində mina terrorunun biz dəfələrlə şahidi olmuşuq: 
"Həmin ərazidə milyonlarla mina basdırılıb. Son vaxtlar yenidən bərpa olunan bölgələrdə minalar basdırmaqda məqsəd  Azərbaycanın Qarabağı bərpa prosesini ləngitmək və Azərbaycan vətəndaşlarının Qarabağa dönməsinin qarşısını almaq idi. Azərbaycan mina terroru ilə bağlı Ukraynadan sonra dünyaya dəfələrlə müraciət edib. Lakin Qarabağda olan erməni Silahlı Qüvvələri bu prosesi davam etdiriliblər. Həm bizim yol şirkətinin əməkdaşları və polis nümayəndələri bu terrorun qurbanı oldu. Bununla da dözümsüz vəziyyət yarandı. Azərbaycan antiterror tədbirlərini uğurla yerinə yetirərək bu prosesin qarşısını aldı. Bütün dünya görürkü  Qarabağda Azərbaycan Konstitusiyası bərpa olunacaq. Artıq Silahlı Qüvvələr təslim olub Azərbaycanın ərazisini tərk edirlər. Biz  Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin uğurlu tədbirlərinin  nəticəsində terrorun qarşısını aldıq.

Bu uğur nəticəsində uzun illər hərbi cinayətkarların əlində girov olmuş erməni əhalisi Azərbaycana inteqrasiyası olunacaq. Bundan sonra Ermənistan Azərbaycan ilə təcili sülh sazişini imzalamalıdır. Delimitasiyası, demarkasiyası və komunikasiyaların açılması istiqamətində danışıqlar getməlidir. Antiterror tədbirlərinin nəticəsində sülh üçün geniş imkanlarımız yaranır. Ermənistan real vəziyyətlə razılaşaraq danışıqlar prosesini ləngitməyərək sülh sazişini yaxın müddətdə imzalaya bilər".