Rus sülhməramlılar peşəkarlıq NÜMAYİŞ ETDİRDİ: Qarşıdakı dövrdə...

"Antiterror tədbirləri zamanı Rusiya sülhməramlıları ilə kordinasiyalı fəaliyyətin təşkil olunması öz uğurlu nəticəsini verdi. Qarabağda qanusuz hərbi birləşmələr məhv edildi. Sülhməramlılar peşəkarlıq nümayiş etdirib, öz funksiyalarını layiqincə yerinə yetirdilər". 

Bu fikirləri "Sherg.az"a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, sülhməramlılar əhalinin təhlükəsizliyi, həyatı ehtiyaclarının ödənilməsi və qida ilə  təminat məsələsində yaxından iştirak etdilər: 
"Azərbaycan isə rus sülhməramlıların vəzifə borclarını yerinə yetirməsi üçün tam əhatəli şərait yaratdı. Gələcək dövrlərdə də Rusiya sülhməramlılarının fəaliyyətinin formalaşmasında məsləhətləşmələr, kordinasiya və müzakirələr baş tutmalıdır. Həmçinin Azərbaycan ərazisində yerləşən sülhməramlılar məhz lokal xarakterli antiterror tədbirlərinin gedişi zamanı göstərdikləri fəaliyyətə uyğun olaraq öz işlərini qurmalıdırlar. Eyni zamanda Yevlaxda keçirilən görüşdə Rusiyanın nümayəndəsi də iştirak edirdi. Sülhməramlılar ilə birgə region hərbsizləşdirilməli və erməni silahlı birləşmələri regionu tərk etməlidirlər. Qarşıdakı dövrdə bu istiqamətdə sülhməramlıların üzərinə yenə  böyük iş düşür və bu məqsədə uyğun şəkildə aparılmalıdır".