Fövqəladə Hallar Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün humanitar məqsədlə ərzaq yükünün göndərilməsi qərara alınıb.
Sentyabrın 22-də içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Ağdam rayonundan yola salınıb. Yüklər artıq fəaliyyətdə olan Ağdam-Xankəndi yolu ilə ünvana çatdırılacaq və əhaliyə paylanılacaq.
Həmçinin bundan sonra da bu kimi humanitar məqsədli ərzaq yüklərinin çatdırılması təmin olunacaqdır.
Məsələyə münasibət bildirən iqtisadçı millət vəkili Vahid Əhmədov "Sherg.az"a açıqlamasında vurğulayıb ki, Görüşlər keçrilib və müəyyən məsələlər müzakirə olunub:
"Görüş zamanı Qarabağda olan erməni icması və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayon istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultan iştirak edib. Onların ərzaqla bağlı müəyyən xahişləri olub. Bunları yerinə yetirmək üçün isə nümayəndə heyətimiz öz münasibətini bildirib. Bu gün artıq FHN-i yükləri oraya aparır. Heç bir problem yoxdur. Azərbaycan haqq işini görür və hər zamankı kimi sözünün arxasında dayanır. Həmçinin rəsmi Bakı çalışır ki, münaqişə tez bir zamanda bitsin və orada yaşayan ermənilər də, Azərbaycan cəmiyyətinə inteqrasiya olunsun. Dövlətimiz onların atributlarımızı və qanunlarımızı qəbul etməsini istəyir. Buna isə özləri qərar verəcək.
Dünən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının iclasında xarici işlər naziri Ceyhun Bayramov çox gözəl çıxış etdi. Bütün şəkillər ilə baş verən hadisələri izah etdi. Artıq humanitar və digər məsələlər öz həllini yavaş-yavaş tapır. İstəyimiz tez bir zamanda sülh sazişinin imzalanması və ərazi bütövlüyümüzün bərpa olunmasıdır. Əvvəllər onlar başqa cür düşünürdülər və humanitar yükləri qəbul etmirdilər. İkinci "dəmir yumruğ"un başlarına dəyməsini gözləyirdilər. Artıq həmin ərazidən erməni silahları çıxarılır. Onların bu yükləri qəbul etməmək üçün başqa yolları və şansları yoxdur".