Belarusda olan vaqnerçilərin sayı... - Demçenko

“Vaqner” özəl hərbi şirkətinin minə yaxın silahlısı hazırda Belarusdadır.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin spikeri Andrey Demçenko məlumat verib.

“Belarus ərazisinə gəlməyə başlayanda onların sayı 6 mindən çox idi. Həm Belarus, həm də Rusiya ərazisində baş verən hər şey kəşfiyyat bölmələri tərəfindən diqqətlə izlənilir”, - Demçenko bildirib.