Qarabağdan Ermənistana köçənlərin sayı açıqlandı

Qarabağdan Ermənistana 1050 nəfər daxil olub. Onlardan 770-nin məlumatları ümumiləşdirilib, 280-ni müəyyənləşdirilməsi prosesindədir.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Bildirilib ki, qeydə alınan 770 nəfərdən 410 nəfəri öz qərarları ilə yaşayış yerlərinə getmək istəyib, 360 nəfərə isə hökumətin təklif etdiyi yaşayış yeri ayrılıb.

Qeyd edək ki, gedənlərin böyük əksəriyyəti Ermənistan vətəndaşları və yaxud Ermənistanda evləri olanlardır.