"Şuşa Bəyannaməsi gələcəyimizin konstitusiyasıdır".
“Report”un xəbərinə görə, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “Bilim Bakı” Mərkəzinin birinci ildönümü ilə əlaqədar keçirilən tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, son dövrlərdə insan kapitalına qoyulan yatırımların nə qədər önəmli olduğu müşahidə edilir: "Son illər Türkiyənin insan kapitalına qoyulan investisiyaların bu gün bütün reallıqları necə dəyişdirdiyini hər birimiz gördük. Bütün bunlar elmə və texnologiyaya qoyulan investisiyalarla əlaqədardır. Türkiyənin nəyi varsa, Azərbaycanındır. Bu günə qədər belə olub, bundan sonra da belə olacaq. Şuşa Bəyannaməsi gələcəyimizin konstitusiyasıdır. Bundan sonra atılacaq bütün addımlarda Şuşa Bəyannaməsi əsas götürüləcək".