"Səhər avtobusla işə gəlirəm. Bir kişi avtobusa minib, əlindəki balaca əl çantasını qabaqda oturcaqların arasına qoyub, keçib arxa tərəfdə əyləşdi. Ərinmədim, çantanı götürüb, yaxınlaşdım.
- Sizindi?
- Hə.
- Zəhmət olmasa, özünüzdə saxlayın, balaca şeydi.
- Yeməyimdi, işə gedirəm.
- Olsun, qardaş, ancaq özünüzdə saxlayın.
Sağ olsun, sözümü yerə salmadı.
Kimlərisə qorxutmaq, əhali arasında panika yaratmaq fikrində deyiləm. Ancaq bir-birinin ardınca qazandığımız uğurları düşmənlərimizin beləcə rahat şəkildə həzm edəyəcəyinə inanmıram. Siyasətdə, diplomatiyada, hərb meydanında rəzilcəsinə məğlub olan bu çaqqal sürüsünün, fahişə yığnağının taktikanı dəyişəcəyinə adım kimi əminəm. Dəyişilən taktika nə ola bilər? Terror!
İctimai nəqliyyatda, insanların gur olduğu yerlərdə, qapalı məkanlarda gözümüz dörd olmalıdır. Hər şübhəli məqam, detal, şəxs barədə hüquq-mühafizə orqanlarına xəbər vermək lazımdır. Şükür olsun Tanrıya, Azərbaycanımızın, Dövlətimizin, Xalqımızın yarıdı, ancaq yenə də bunların illərdən bəri törətdikləri cinayətləri xatırlasaq, hansı düşmənlə üz-üzə durduğumuzu unutmamalıyıq!".
Bu fikirləri jurnalist İlham Tumas feysbuk səhifəsində paylaşıb. Həmkarımız bu günlərdə insanların daha ehtiyatlı və ətrafa qarşı diqqətli olmalı olduğunu qeyd edib.
Jurnalistin fikirlərini "Sherg.az"a şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza bildirib ki, terror aktı Ermənistan tərəfindən hər an gözlənilən hadisədir:
"İstənilən bir vəziyyətdə bunu edə bilərlər. Buna qarşı dövlətimiz tərəfindən lazımi tədbirlər görülüb. Belə halların qarşısının alınması üçün güc strukturu tərəfindən agentura şəbəkəmiz çox operativ işləyir. Ona görə də heç bir narahatlığa gərək yoxdur. Təbii ki, ehtiyatı əldən verməmək lazımdır. İnsanlar çox olan yerlərdə diqqətli olmalıyıq. Çünki hər an hər şey ola bilər. Sabit və sülh şəraitində yaşamağmıza baxmayaraq, terrordan heç kəs sığortalanmayıb".