"Liverpul"da çıxış edən ulduz futbolçu Məhəmməd Salah Qəzza xalqına dəstək çağırışı edib.
Sosial media hesablarında video paylaşan Salah, "Belə zamanlarda danışmaq asan deyil. O qədər vəhşilik, ürək ağrıdan şiddət var. Son bir həftənin gərginliyinə şahid olmaq çox pisdir. Bütün həyatlar müqəddəsdir. və qorunmalıdır. Buna son qoyulmalıdır. Ailələr bir-birindən ayrılıb. Qəzza "Humanitar yardımların dərhal alınmasına icazə verilməlidir. Oradakı insanların vəziyyəti çox pisdir".deyə bildirib.
31 yaşlı futbolçu dünya liderlərinə müraciət edərək deyib: "Xəstəxanadakı səhnələr çox qorxulu idi. Qəzza xalqının suya, qidaya və tibbi dəstəyə ehtiyacı var. Mən bütün dünya liderlərini növbəti qətllərin qarşısını almaq üçün bir araya gəlməyə çağırıram".
Misir Qızıl Aypara Cəmiyyətinin icraçı direktoru Rami en-Nazar həftə ərzində verdiyi açıqlamada Salahın Qəzza xalqına maliyyə dəstəyi verdiyini açıqlayıb.