Professordan təsəlliverici açıqlama: Narahat olmağa ehtiyac yoxdur


Hatayda baş verən 4,9 bal gücündə zəlzələdən sonra sosial media hesabından açıqlama verən yerşünas Prof. Dr. Naci Görür zəlzələnin artdığını və narahatlığa ehtiyac olmadığını bildirib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Kandilli rəsədxanasının məlumatına görə, saat 05.32 radələrində Hatayın Kırıkhan rayonunda 4,9 bal gücündə zəlzələ baş verib. Episentri Kırıkhan rayonunun Taşoluk mahalı olan zəlzələ; qonşu vilayətlərdə, xüsusilə Adanada hiss olunub. Zəlzələ vətəndaşlarda təşviş yaradıb.

Prof. Dr. Naci Görür, sosial mediada zəlzələ ilə bağlı verdiyi açıqlamada, "Zəlzələ Amanos Fay Zonasında meydana gəldi. Dostlar, Taşoluk-Kırıkhan/Hatayda 4,9 bal gücündə zəlzələ oldu. Bu zəlzələ daha əvvəl qopmuş kəsim içərisində qırılmamış hissədə baş verdi. Bu, afterşokdur. Narahat olmağa ehtiyac yoxdur" deyə bildirib.