Dənizin rəngi dəyişdi, havadan görüntüləndi

Türkiyənin Qərbi Qara dəniz bölgəsində 2 gün davam edən yağışdan sonra Karabük, Kastamonu və Bartına kvadrat metrə 50 kiloqramdan çox yağıntı düşüb.


Sherg.az türk mediasına isstinadən xəbər verir ki, Kastamonu və Karabükün dağlıq hissəsindən gələn və Bartından təxminən 15 kilometr keçən Bartın çayında suyun rəngi dəyişib.

Liman ərazisində dənizin palçıqlı olduğu görünüb.

Çaydan axan palçıqlı su səbəbindən bölgədə böyük bir su sahəsinin rəngi qəhvəyi olub. Çayın dənizə daşıdığı tullantılar sahilyanı ərazilərin də çirklənməsinə səbəb olub.

Amasra və Kurucaşile rayonlarında dənizin dərələrlə birləşdiyi ərazilərdə su palçıq rənginə bürünüb. İnkum çimərliyindəki palçıqlı su pilotsuz təyyarə ilə havadan görüntülənib.