NATO-dan Ukrayna çağırışı: Hazır olmalıyıq!

NATO Ukraynada hərbi əməliyyatları intensivləşdirməyə və Kiyevə yardımı artırmağa hazır olmalıdır.
Axar.az xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
“Biz Ukrayna torpaqlarında şiddətli döyüşlərin getdiyini və ardıcıl dron zərbələri endirildiyini görürük. Artan hərbi əməliyyatlara və yeni hava və raket hücumlarına hazır olmalıyıq. Bu, NATO-ya üzv ölkələrin Kiyevə yardımı artırmasını daha da vacib edir”, - Stoltenberq bildirib.