İsrail Kəşfiyyat Xidmətinin (Mossad) bir qrup heyəti girovların mübadiləsi və atəşkəslə bağlı danışıqlar aparmaq üçün Qətərin paytaxtı Dohaya yola düşüb.
APA “Reuters“ə istinadən xəbər verir ki, görüş Qətər tərəfindən təşkil edilib.
Görüşdə israili yeni girovların azad edilməsi və Qəzza zolağından atəşkəsin elan edilməsi ilə bağlı şərtlər müzakirə ediləcək.