İş yerinin qarşısında avtomobilini saxlayanlara parklamaya görə güzəşt edilsin – Təklif

İş yerinin qarşısında avtomobilini saxlayanlara parklamaya görə güzəşt edilsin.

Trend xəbər verir ki, bunu deputat Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

F.Ağamalı bildirib ki, Azərbaycanda iş vaxtının 8 saat olmasını nəzərə alsaq parkinqə görə saatı 1 manatdan ödənişi ay ərzində toplasaq, bu kifayət qədər böyük rəqəm edir.

“Ona görə də parklama ilə bağlı bu kateqoriyadan olan insanlara güzəştlərin edilməsini təklif edirəm. Digər tərəfdən Ali Təhsil müəssisələrində təhsil alan tələbələr də bu formada güzəştlərin edilməsi lazımlıdır. Çünki həmin şəxslərin Ali Təhsil müəssiələrində olma vaxtını nəzərə alsaq, onlar üçün parkalamaya görə ödənişlərin məbləği yüksəkdir”, - deyə o əlavə edib.