30 ilə yaxın Azərbaycan dövləti Ermənistan ilə müharibə şəraitində yaşayıb. Eyni zamanda həmin vaxt ərzində Ermənistan Azərbaycana qarşı təxribat xarakterli mövqedən çıxış edib. İndi isə Cənubi Qafqazda Azərbaycan ilə Ermənistan arasında həssas vəziyyət yaranıb. Sülh danışıqladı prosesində Azərbaycan tərəfindən xeyli addımlar atılıb. Həmçinin Ermənistanın da sülh prosesində maraqlı olduğu görünür. Amma başda Fransa olmaqla Qərb dairələri Ermənistanı Azərbaycan qarşı müharibəyə hazırlayır. Müharibəyə hazırlıq istiqamətində əsas addım Ermənistanın silah-sursatla təmin edilməsidir. Hazırda Fransa bu prosesi öz üzərinə götürüb. Fransa və Hindistanda Fransa lisenziyası ilə istehsal olunan silahların verilməsi, fransız hərbçilərin Ermənistan piyada və dağatıcı bölmələrinə təlimlər keçməsi buna sübütdur.
Məsələ ilə bağlı “Sherg.az”a danışan Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib ki, Ermənistan hakimiyyətinin Azərbaycanla sülh müqaviləsi imzalamaq və sülhə gəlmək niyyətləri yoxdur:
“Biz bir daha görürük ki, Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamaqla bağlı niyyəti real deyil. Ermənistanın son addımları, Zəngilanda sərhədimizə qarşı keçirdiyi təxribat, bu fonda Alen Simonyanın açıqlamaları Azərbaycan və Ermənistan arasındakı hərbi eskalasiya riskini artırır. Ümumiyyətlə sülhlə bağlı tendensiyaların tükənmək üzrə olduğunu göstərir. Azərbaycan və Ermənistan arasında münasibətlərdə yeni bir mərhələyə ehtiyac var. Fevralın sonunda iki ölkənin xarici işlər nazirləri arasındakı görüş münasibətlərn irəliləmə baxımından müstəsna əhəmiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, Bakı və İrəvan arasındakı münasibətlərdə müsbət tendensiyaların əldə edilməsi üçün iki tərəfli əlaqələr inkişaf etdirilməlidir. Həmçinin bu əlaqələrin daha da yaxşılaşdırılması üçün tərəflər arası görüşlər vacibdir”.