İlham Əliyevin nüfuzu: Hər iki tərəf də bölgədə...

Bu gün Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları və Ermənistan rəsmiləri arasında Brüsseldə görüş keçiriləcək. Belə ki görüş, Nikol Paşinyan, Ursula Von der Leyen və Antoni Blinken arasında görüş keçirilir.
Ötən gün ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək görüşün Azərbaycan əleyhinə olmadığını və sözügedən görüşün əsas mahiyyətinin Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırıb.
Bundan sonra isə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Prezidenti Prezident İlham Əliyevə zəng edərək 5 aprel görüşünə dair mövqelərini izah etməyə çalışıb.
Söhbət zamanı 2022-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb.
Azərbaycanın sədrliyi ilə Bakıda keçiriləcək COP29-un iqlim fəaliyyəti və yaşıl keçid sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar yaratdığı bildirilib.

Mövzu ilə bağlı “Sherg.az”a danışan millət vəkili Mahir Abbaszadə bildirib ki, ABŞ Dövlət katibi Antoni Blinken  və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin bu görüşdən əvvəl Azərbaycan Respubilikasının Prezidenti İlham Əliyevə zəng etməsi Ali Baş Komandanın həm regionda, həm də dünyada artan nüfuzunun məntiqi nəticəsidir:

“Hər iki şəxs cənab Prezidentlə telefon danışığı zamanı Ermənistanla olan münasibətlərin yalnız iqtisadi və siyasi əlaqələr olacağını vurğulayıb. Guya heç bir hərbi əlaqələrdən söhbət getməyəcəyi ilə bağl fikirlərini irəli sürüblər. Haqlı olaraq İlham Əliyev isə bildirib ki, bu münasibətlər Ermənistan-Azərbaycan arasında son vaxtlar yaranmış kövrək sülhə mənfi təsirini göstərəcək. Çünki son zamanlar Azərbaycan-Ermənistan arasında əsirlərin mübadiləsinin birbaşa həyata keçirilməsi, Nikol Paşinyanın Qazaxın dörd kəndi ilə bağlı müsbət fikir bildirməsi, delimitasiya və demorkasiya prosesilə bağlı məsələlərin sürətlə baş verməsi göstərir ki, Bakı və İrəvanın sülh prosesi imzalamasına böyük fürsət var. Amma çox təəssüflər olsun ki, Ermənistan, Aİ və ABŞ-nin bu cür münasibətlər qurması regionda hərbi riskin artmasına səbəb olur. Bu isə Ermənistan və Azərbaycan sərhəddində müəyyən gərginliklərin yaranmasına təsir göstərəcək. Hesab edirəm ki, münasibətlər belə davam etdiyi halda ABŞ və Aİ-nın regiona verəcəyi yeganə töhvə hərbi eskolasiyanın daha da gərinləşməsinə gətirib çıxardacaq. Eyni zamanda həmin telefon zəngləri Azərbaycanla əlaqələrin pozulmamasına hesablanıb. Çünki hər iki tərəf bölgədə İlham Əliyevin müsbət rəyi olmadan sülhdən danışmağın mümkün olmadığını anlayır. Cənubi Qafqazda Azərbaycanın mövqeyi olmadan heç bir planı həyata keçirmək olmaz”.