Ermənistan və Azərbaycan hökuməti delimitasiya və demarkasiya komissiyalarının işini bərpa etmək barədə razılığa gəliblər.
Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən politoloq Oqtay Qasımov deyib ki, Brüsseldə keçirilən üçtərəfli görüşün bu prosesslərə təsiri olmayıb:
"Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya prosesslərinin əsas düyün nöqtəsi Qazaxın anklav olmayan 4 kəndinin Azərbaycana qaytarılması məsələsidir. Bu yaxınlarda Ermənistan Parlamentində delimitasiya və demarkasiya prosesləri müzakirə olunub. Mən düşünmürəm ki, Brüsseldə keçirilən üçtərəfli görüşdə rəsmi İrəvana bu məsələ ilə bağlı tələblər qoyulsun. Əgər Qərb Ermənistana sülh prosesi ilə bağlı tələblər qoysaydı bu lap əvvəldən olardı. Əslində bu görüşə qədər Qərb Ermənistanın sülhü əngəlləməsinin və yubatmasının qarşısını ala bilər və Ermənistanı sülh proseslərini sürətləndirməyə vadar edə bilərdi. Əgər bu belə olsaydı əlbəttə ki, Azərbaycan üçtərəfli görüşə etiraz etməz, öz narahatçılığını bildirməzdi. Amma əfsus ki bu belə deyil".
Yusif Məmmədxanlı