Xocalı azaddır, Qarabağ azaddır, şəhidlərin ruhu şaddır. Xocalılılar ata-baba yurduna baş çəkir, əzizlərinin xatirəsini o torpaqlarda yad edə bilirlər. Lakin bizim hər birimizin Xocalı soyqırımını dünyada daha geniş formada tanıtdırmaq missiyamız hələ bitməyib.
Xocalı soyqrımının 32-ci ildönümü ilə bağlı xarici ölkələrdə təşkil olunan tədbirlərdə çıxış etmək, həqiqətlərimizi çatdırmaq məqsədilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət etdim və qısa zamanda müsbət cavab aldım. Komitənin dəstəyilə Niderland Krallığının Haqqa şəhərində Hollanda –Azərbaycan –Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkının təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak etdim. Xocali soyqrımının canlı şahidi kimi çıxış edərək soyqrım zamanı qətlə yetirilmiş 63 uşaqdan bəhs edən “Onlar heç vaxt böyüməyəcəklər” adlı Azərbaycan, ingilis, rus və türk dillərində nəşr olunan kitabımı tədbir iştirakçılarına payladıq. Orda kitaba marağın çox olduğunu da gördüm.
Sözügedən tədbirdə Azərbaycan və Türkiyə səfirliyinin diplomatları, Niderlandda fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatlarının təmsilçiləri, yerli holland içtimaiyyətinin nümayəndələri də iştirak edirdilər. Mərasimdə Xocalı soyqrımının qurbanlarının Azərbaycan və Türkiyənin bütün şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbir çərçivəsində Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyindəki işgüzar görüşümüz də yadda qalan oldu. “Onlar heç vaxt böyüməyəcəklər” kitabın holland dilinə tərcümə edilərək nəşr edilməsinin nəzərdə tutulduğu qeyd olundu.
Axşam saatlarında Hollanda-Azərbaycan Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkının təşkilatçılığı ilə bir qrup nümayəndə ilə Haaqa məhkəməsinə doğru yürüş etdik. Polislərin müşaiyəti ilə yürüş edərək böyük bir məsafəni qət edib Haaqa məhkəməsinədək gəldik. Xocalı qatillərinin bu məhkəməyə gətirildiyini görmək ümüdi ilə Niderland Krallığından ayrılaraq səfərimi yekunlaşdırdım.
Bu səfər mənim üçün böyük əhəmiyyət daşıdı. Gələcəkdə orda fəaliyyət göstərən diaspor təşkilatları və səfirliyimizlə əməkdaşlıq etməyimizə zəmin yaratdı. Bu əməkdaşlıq məndə Xocalı soyqrımını daha çox ölkələrdə yayılmasına nail ola bilməyimə ümüd yaratdı. Səfərimə dəstək göstərən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova həssas münasibətinə görə minətdarlığımı bildirmək istədim.
Diasporla Iş üzrə Dövlət Komitəsi Xocalı soyqrımının dünyada tanıdılması üçün böyük işlər gördüyünə əminəm. Bunu olduğum ölkələrdə də bir daha yəqin etdim. Komitənin və diasporumuzun Xocalı soyqırımı ilə bağlı gördükləri işləri diqqətlə izləyirəm. Xocalı soyqrımının 32-ci ildönümü ilə əlaqədar Polşa Azərbaycanlıları Şurası və Varşa Azərbaycan Evi tərəfindən Varşa şəhərində yerləşən “Evangelist Lukas” katolik kilsəsinində 250—dən çox yerli sakinin iştirak etdiyi anım tədbirin keçirilməsi Xocalı faciəsinin qurbanlarının kilsədə katoliklərin “messa” saatında anılması mühüm haldır ki, Xocali faciəsi daha çox insanlara çatdırılır. ABŞ İllinois ştatının Çikaqo şəhərində Xocalı soyqrımının 32-ci ilinə həsr olunmuş Qlobal Dialoq Konfransı Xocalı Mirasının İzində Hədəflərə Doğru Körpü Qurmaq mövzusunda beynəlxalq elmi konfransda Holokost muzeyində baş tutub. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən konfransda Türkiyə Konsulluğunun əməkdaşlari, qazax, qırğız, Azərbaycan, Amerika, Pakistan və türk xalqlarının nümayəndələrinin iştirak etməsi yüksək səviyyədə tədbirlərin təşkil olunmasından xəbər verir.
2022-ci ildə iştirak etdiyim Avstriyanin Vyana şəhərində keçirilən tədbirdə ATƏT-nin nümayəndələri Azərbaycanın fövqəladə və səlahiyyətli səfirinin və səfirliyin əməkdaşlarının iştirakı da bir daha göstər ki, Diasporla Iş üzrə Komitəsi öz işinin öhdəsindən gəlməyi bacarır və diplomatik korpuslarımızla bərarbər işləyir. Buna mən səfərlərdə olduğum bir çox ölkələrdə şahid oluram. Tədbirlərdə, tədbirlərin bədii hissəsində əcnəbi auditoriyanın iştirakı, səsləndirilən musiqilər, soyqrımın xarici auditoriyaya mədəni diplomatiyanın vasitəsilə çatdırılması təqdirəlayiq haldır.
Komitənin bir çox ölkələrdə açdığı Azərbaycan evləri də Xocalı soyqrımının tanıdılmasına imkan yaradaraq “Xocalıya Ədalət” təbliğat və təşviqat kampaniyasına dəstək verir. Xocalı soyqrımını indiyədək 16 ölkə soyqırım kimi tanıyıb. Gələcəkdə bu rəqəmin əhatəsinin genişlənməsində həm Diaspor Komitəsinin gördüyü saysız-hesabsız işlərin, həm də diasporumuzun fəaliyyətinin böyük rolu olacaq.
Diasporla İş üzrə Dövlət Komitəsi təkcə Xocalı soyqırımı ilə bağlı deyil, ümumiyyətlə ölkəmizlə əlaqədar bütün dünyada geniş təbliğat aparır, diasporumuzu bizə tanıtdırır və insafən deməliyik ki, diasporumuzun da fəallığı inanılmaz dərəcədə artıb. Xarici ölkələrdəki müxtəlif universitetlərdə elmi konfransların təşkili, böyük ölkələrdə aksiyaların keçirilməsi və Azərbaycan günlərinin elan olunması kimi mühüm addımlar xaricdəki azərbaycanlıların adı ilə bağlıdır.
Bundan başqa Komitənin son illərdə Diaspor TV kimi internet televiziyası yaratması, videokörpülər qurması, dünya azərbaycanlılarını bizə tanıtdırmaları diaspor fəaliyyətində böyük hadisə sayılır. Fuad Muradovun komitə sədri təyin olunmasından sonra açılan Diaspor TV-nin “Vətən uzaqda deyil” proqramı vasitəsilə xaricdə yaşayan yüzlərlə soydaşımızı tanıdıq, tanınmış nəsillərin xaricdəki övladları barədə öyrəndik və həqiqətən də soydaşlarımıza vətənin uzaqda olmadığını hiss etdirdilər.
Təkcə Xocalı soyqırımının deyil, ermənilərin bütövlükdə Qarabağda törətdiyi vandalizmin dünyaya çatdırılması üçün gələcəkdə də birgə fəaliyyət göstərəcəyimizə və bu fəaliyyətin müsbət nəticələr verəcəyinə böyük ümidim var.
Səriyyə Müslümqızı