COP29-da iştirak edəcək qonaqlar üçün bütün yerləşdirmə imkanları tezliklə vahid beynəlxalq platforma üzərindən təqdim ediləcək.
Bunu COP29 Sədrliyinin ilk mətbuat konfransında COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova qonaqları qəbul edəcək mehmanxanalarla bağlı məsələyə aydınlıq gətirərkən deyib.
"COP29 ilə bağlı könüllülük proqramı tezliklə elan ediləcək", - deyə o çıxışı zamanı qeyd edib.