İlham Əliyev forumda çıxışı ilə dünyaya əsil liderliyin necə olduğunu göstərdi -DEPUTAT

Sərhədlərin delimitasiyası başlayıb, hətta demarkasiya işləri aparılır. Mən burada çıxış etdiyim zaman bu iş gedir. Buna iki ölkə tərəfindən hər hansı vasitəçi olmadan nail olunub. Bu, bir daha göstərir, bizə vasitəçi lazım deyil, xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər. Onlar yardım etmək istəmir, onlar bizim bölgəyə siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar bu alova yenidən odun atmaq istəyirlər.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib.

“Biz Cənubi Qafqazda bunun baş verməsinə imkan verməyəcəyik. Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik. Sülh bu bölgədə yalnız Azərbaycan ilə Ermənistan arasında normallaşma vasitəsilə əldə oluna bilər”, - deyə dövlətimizin başçısı bildirib.

Mövzu ilə bağlı ”Sherg.az”a danışan Millət vəkili Arzu Nağıyev bildirib ki, Cənab Prezident İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışı zamanı çox mühim məqamlara toxunub: 
“İlham Əliyevin qeyd etdiyi kimi, dəfələrlə Qərb, Amerika Birləşmiş Ştatları və digər dövlətlər öz vasitəçilik missiyasını ortaya qoymağa çalışdı. Bu vasitəçilik fonunda regionda iqtisadi və siyasi sahədən öz maraqlarına istifadə etməyə çalışdılar. Lakin tarix və zaman göstərdi ki, iki ölkə arasında raşılaşmalar üçün birbaşa danışıqlar daha önəmlidir. Vasitəçisiz aparılan dialoqlar öz nəticəsini vermək üzrədir. Sülhməramlı qüvvələrin bölgəni tərk etməsi, delimitasiya-demarkasiya komissiyasının işləri, Qazaxın 4 kəndi ilə bağlı qərarların qəbul olunması ilə əlaqədar Cənab Prezident öz fikirlərini bildirdi. Eyni zamanda, Ali Baş Komandan proseslərə əngəl olan xarici qüvvələrin qarşısına səd qoydu. Bununla bağlı Qazaxıstanda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin heç bir vasitəçi olmadan görüşü planlaşdırılırdı. Proseslərin gedişi sülhün bərqərar olması istiqamətində ciddi addımlardır. Növbəti mərhələdə Zəngəzur dəhlizinin açılması, ərazimizin digər sahələrinin delimitasiyası və demarkasiyası müzakirə edilə bilər. Yəni, İlham Əliyevin çıxışları proseslərin necə inkişaf etməsini göstərən yol xəritəsidir. Cənab Prezidentin müxtəlif dövlət başçıları ilə görüşləri və telefon danışıqları zamanı Azərbaycanın mövqeyini bildirməsi müsbət haldır. Kənar qüvvələr başa düşməlidir ki, Azərbaycanın dönməz daxili və xarici siyasəti var. Xarici siyasətdə bir çox məsələlər ümumi maraqlardan doğur. Buna görə də hər bir ölkənin marağı nəzərə alınmaqla regiondakı baş verən hadisələrin dünyaya sirayət etməsi də olmalıdır. İlham Əliyev  sözügedən forumda çıxışı ilə dünyaya əsil liderliyin necə olduğunu göstərdi”.