Azərbaycan və Türkiyə bizi məhv etmək istəyirsə, o zaman biz bu istəyi cilovlamağı bacarmalıyıq.
bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə televiziyasına müsahibəsində deyib.
“Biz başa düşməliyik ki, bu istəyi dəyişdirə bilərik, ya yox. Yoxsa biz də əsgəri qoyub məzuniyyətə getməli və ya Baden-Badendə təhsil almalıyıq? Bizi məhv etmək istəyini necə idarə edə bilərik? Qanunla. Biz beynəlxalq münasibətlərimizi legitimlik əsasında qurmalıyıq. Qanunilik ən yaxşı zamindir, yaxşı zamindən də yaxşıdır.
AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli “Sherg.az”a bildirib ki, Nikol Paşinyan Qərbyönümlü siyasətçidir:
”Qərbyönümlü siyasətçilər isə praqmatik olur. Məsələn, vətənpərvər və milliyətçi siyasətçilər biraz emosional xaraxterlidirlər. Nikol Paşinyan soyuqqanlı davranışı ilə xalqına anlatmaq istəyir ki, indi Ermənistan məğlub olub və zəifdir. Güclü Türkiyə və Azərbaycanın yanında Ermənistan konfrantasiyanı davam etdirsə, daha pis vəziyyətə düşəcək. Paşinyan bunu illərlə milliyətçi abu-havasıyla yetişdirilən xalqa başa salmağa çalışır. Bu isə çox çətin prosesdir. Ermənilərin miatsum ideologiyası gorbagor olub. İndi isə Paşinyan xalqını öz kəndlərinə qaytarmaq istəyir. Paşiyanın etdiyi isə Azərbaycan-Türkiyə sevgisi deyil, sadəcə olaraq qorxduğu üçün belə addımları atır. Bununla da ermənilərin emosialarını cilovlamağa çalışır”.