Demokratiyadan dəm vuran Fransanın müstəmləkəçilik mövqeyi -TƏHLİL

Müstəmləkəçilik, yaxud kolo­nializm bəşər tarixinin üz qarası, onu həyata keçirən ölkələrin ta­rixində, sözün əsl mənasında, si­linməz ləkədir. Tarixən dənizləri fəth edən, gəmiqayırmanın inkişaf etdiyi dövlətlər müstəmləkə əra­zilər ələ keçirmək uğrunda bir-biri ilə yarışıblar. Bunlar əsasən Fran­sa, Böyük Britaniya, İspaniya, Por­tuqaliya, Belçika, Almaniya, Nider­land, ABŞ, Rusiya, Yaponiya və İtaliya kimi dövlətlərdir. Yeni dünya düzənində Fransanın müstəmləkəçilik siyasəti xüsusi qeyd edilməlidir. Bu gün Fransa kimi müstəmləkəçilik siyasətindən əl çəkə bilməyən ölkələrin yeni dünya düzəninə neokolonializm meyilləri   istismarçı feodal təfəkkürü ilə yanaşmaları xalqların öz tarixi və hüquqi əraziləri çərçivəsində azad və suveren yaşamaq hüquqlarını məhdudlaşdırır, insan hüquq və azadlıqlarının neoimperialist iddiaların basqısı altında əzilməsinə zəmin yaradır. Öz qaranlıq müstəmləkəçi keçmişindən və bu günündən dərs götürməyən, qanlı müstəmləkə cinayətlərinə, amansız soyqırımı aktlarına görə üzr istəməyən, məsuliyyətini etiraf etməyən Fransa kimi bir ölkənin BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi müstəsna səlahiyyətə – veto hüququna sahib olması sözügedən təsisatda ədalətli qərarların qəbulunu, hətta qəbul edilsə də belə icrasını şübhə altına alır. 

Fransanın kolonializm siyasətindən danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Sherg.az”a bildirib ki, rəsmi Paris bu gün müstəmləkə siyasətini həyata keçirən yeganə ölkələrdəndir: 
“Fransızlar dünyanın bir çox adalarında yaşayan xalqları özlərinin müstəmləkəsi kimi saxlayıblar. Təəssüflər olsun ki, demokratiyadan dən vuran, Avropanın mərkəzində yerləşən və İkinci Dünya savaşında faşizmdən əziyyət çəkən bir ölkə bu gün digər xalqları müstəmləsi kimi saxlamaqda çox maraqlıdır. Artıq həmin xalqlar Fransanın neokolonizm siyasətinə yox deyirlər. Azərbaycan dövlətinin bu məsələ ilə bağlı maraqları birmənalıdır. Bütün xalqlara azadlıq verilməli və onlar, öz müstəqil dövlətlərini qurmalıdırlar. Azərbaycan Qoşulmama Hərəkatənın rəhbəri olduğu vaxtlarda və indiki dövrdəki ölkəmizdə olan beynəlxalq təşkilatlarda İlham Əliyevin çıxışları dünyada müstəmləkə siyasətinə yox deyilməlidir istiqamətinə yönəlib. Söhbət burada təkcə Fransadan deyil, eyni zamanda müstəmləkə xislətində olan bütün dövlətlərdən gedir. 

Ç.Qənizadə vurğulayıb ki, Azərbaycanın son dövrlər Fransanın müstəmləkə kimi saxladığı bölgələrlə qurduğu əlaqələr təqdirəlayiq haldır:
"Azərbaycanın televiziya kanallarının nümayəndələrinin həmin ölkələrə göndərilərək insanların fikir və mövqeylərinin ortaya qoyulması da müsbət nüanslardır. Həmin səfərlər zamanı ərazidə olan “Fransanın qulbeçələri” bizim əməkdaşlarmıza qarşı təzyiqlər göstərmişdilər. Bunların hamısı demokratiyadan dəm vuran Fransanın mövqeyidir. Dünyanın bütün demokratik təşkilatları isə buna göz yumur. Yəqin ki, Fransanın Avropadakı mövqeyindən narahatdırlar”.