Paşinyandan sonrakı ssenari: keşiş, yoxsa Vardan Oskanyan?

Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan Ermənistan Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Vardan Oskanyana cavab verib.
 "Sherg.az" xəbər verir ki , erməni teleqram kanallarının yaydığı məlumata görə , Baqrat Qalastanyan Vardan Oskanyanı  ölkənin baş nazirliyinə namizəd olmağa cağırıb. Vardan Oskanyan  baş nazir olmaq ambisiyasının olmadığını bildirib, lakin əlavə edib ki, proseslər gedir və bunu zaman  göstərəcək.
 Baqrat Qalastyanın özünün  da baş nazır olası məsələsinə də etirazçıların başında dayanan arxiyepiskop belə cavab verib: 
 “Xalq mənim baş nazir olmağımı istəyirsə, bu, katolikosun xeyir-duası ilə Allahın iradəsi olacaq... Mən kiməm ki, buna müqavimət göstərim!?”
Eks xarici işlər naziri  Oskanyanın fikrincə, Qalstanyan  bu keçid dövrü üçün baş nazir postuna ən əlverişli namizəddir və növbədənkənar parlament seçkilərinə qədər müvəqqəti hökumətə rəhbərlik etməlidir.