İranda sosial tədqiqat mərkəzinin apardığı sorğuda prezidentliyə namizədlər arasında ən şanslısı bəlli olub. 28 iyunda keçiriləcək president seçkilərində namizədliklərini irəli sürənlər arasında səsçoxluğu hazırda Məhəmməd Bağır Kalibafa məxsusdur. O, səslərin 34 faizinə sahibdir və liderdir. İkinci yerdə 21 faizlə səslə Məsud Pezəşkiyan ilə Səid Cəlili dayanır.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, bu tədqiqat Məşhəddəki “Shenakht" sosial tədqiqat mərkəzi tərəfindən gerçəkləşib. Mərkəz 18 yaşdan böyük 1000 nəfər arasında sorğu keçirib. Respondentlər namizdələrin heç birini tam şanslı saymayıb. Səslər bölünüb. Respondentlərin 34 faizi hazırda İran Ali Məclisinin sədri Kəlibafı dəstəklədiklərini bildiriblər. Kəlibaf mühafizəkar qanadı təmsil edir. İslahatçıların namizədi və Təbrizdən millət vəkili olan Pezəşkiyan ilə Cəlili isə sorğularda ikinci yerdə qərarlaşıblar.