İrandakı seçkilərdə mühafizəkarların qalib gəlmək şansı daha çoxdur - PROQNOZ

İran Məhkəmə Sisteminin nümayəndəsi Əsgər Cahangiri deyib ki, iyunun 28-də İranda növbədənkənar prezident seçkiləri ilə bağlı 58 nəfər həbs edilib.
O, həbs edilənlərin prezident seçkiləri ilə bağlı materiallar yazıb və dərc etdiklərinə görə cəzalandırıldıqları bildirib.
Bununla yanaşı, yüzlərlə sosial media fəalına da seçkilərlə bağlı paylaşımlarına görə xəbərdarlıq edilib.

Qeyd edək ki, İranda cümə günü keçirilən prezident seçkisində yarışan dörd namizəddən heç biri səslərin 50 faizini toplaya bilməyib. Rəsmilər ikinci turun olacağını deyirlər. İlkin rəsmi nəticələrə görə, islahatçı qanadın yeganə namizədi, etnik azərbaycanlı Məsud Pezeşkian 10 milyondan çox səslə irəlidədir. Ölkənin seçkilər üzrə rəsmi qurumunun məlumatında görə, ölkənin Təhlükəsizlik Şurasında nümayəndəsi Səid Cəlili 9 milyondan çox səslə ikinci gəlir.

Politoloq Sədrəddin Sultan "Sherg.az"a açıqlamasında bildirib ki, İranda prezidentlər Ali Rəhbərdən asılıdır:
"İran hakimiyyətinin başçısı prezident yox Ali Rəhbərdir. Bu səbəbdən prezident onun göstərişləri əsasında işləyir. Hazırda seçkilərdə Məsud Pezeşkiana öndə olsa da, seçki ikinci tura qalıb. Hesab edirəm ki, Qalibaf seçicilərini Cəliliyə səs verməyə çağırsa mühafizəkarların qalib gəlmək şansı çoxala bilər. Seçkilərin şəffaflığına gəldikdə isə ümumiyyətlə İranda seçkilərin şəffaflığı haqqında danışmaq əbəsdir. Çünki İranda insanlar dininə, təriqətinə, cinsinə görə ayrıseçkiliyə məruz qalır. İran İslam Respublikasında bir qadının bu günə kimi prezidentliyə namizəd kimi belə qeydə alınmaması bunu sübutudur".

Ekspert əlavə edib ki, sözügedən seçkilərdə seçilən prezidentin İranın ictimai-siyasi həyatında dəyişikliklər gözləmək doğru deyil. Ümumiyyətlə İranda seçkilərin şəffaflığından:
"Çünki İranda ölkənin daxili və xarici siyasətini ali rəhbər müəyyən edir. Prezident və onun başçılıq etdiyi hökumət icraçıdır. Bu baxımdan, Pezeşkian və ya Cəlili Xomeyninin əmrlərinin icraçısı ola bilər".