Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri qrafik razılaşdırılan kimi baş tutacaq.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyası ilə Türkiyə arasında hələ də həll olunmamış problemlər var, lakin onların həlli üçün siyasi iradə də var.
Peskov Astanada Rusiya və Türkiyə liderləri arasında keçiriləcək görüşdə müzakirə olunacaq məsələlərdən da danışıb.
"Putin və Ərdoğan yəqin ki, Ukraynadakı vəziyyəti müzakirə edəcəklər", - deyə Kremlin sözçüsü vurğulayıb.
Peskov Putin və Ərdoğan görüşündə Suriyadakı vəziyyətin müzakirə olunacağını, Moskvanın Suriyadakı vəziyyəti nizamlamaq üçün çox səy göstərdiyini əlavə edib.
Sözügedən məsələni “Sherg.az”a dəyərləndirən danışan türk siyasətçi və yazar Aydın Sezer söyləyib ki, ötən ilin sonunda Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransında 2024-ün ilk aylarında Türkiyəyə səfər edəcəyini açıqladı:
“Amma sözügedən səfər reallaşmadı. Rusiyada Prezident seçkilərindən sonra Putin ilk dəfə Çinə, daha sonra Belarusiya, Cənubi Koreyaya və Vyetnama səfər etdi. İndi isə Şanxay Əməkdaşlıq Təşkilatı üçün Qazaxıstanda Türkiyə Prezindenti Rəcəb Tayyib Ərdoğanla görüşmə reallaşdıracaq. Türkiyə ilə Rusiya arasında bu il içərisində iki kritik problem yaşanır. Birincisi Türkiyənin Ukraynaya yönəlik silah ixracı və NATO ölkələri ilə birlikdə hərəkət etməyə başmasıdır. Daha önəmli məqam isə maliyyə naziri Mehmet Şimşekin açıqlamasında da yer alan Türkiyənin Qərbin Rusiyaya qarşı həyata keçirdiyi iqtisadi embarqolara dəstəyidir. Bu da iki ölkə iqtisadi əlaqələrinə mənfi təsir göstərdi. Türkiyə son Prezindent seçkilərindən əvvəl Rusiyadan təmin edilən maliyyə yardımları ilə iqtisadi böhran qarşı önəmli addım atdı. Ancaq Prezident seçkilərindən sonra Türkiyənin Rusiyayla ticarət əlaqələrində problem yarandı. İllər öncə satın aldığımız S-400 zenit raket kompleksi borclarını ödəyə bilmədiymizə görə Putin Türkiyənin 17000 dollar faiz borcudu sildi. Sözügedən mövzuların Putin və Ərdoğanın görüşməsi nəticəsində həll olunacağı ehtimal olunur. Amma son bir il ərzində Türkiyənin Kollektiv Qərbə yaxınlaşması problemlərin asan həll olunma ehtimalını azaldır”.