Üçtərəfli bəyanatdan Paşinyan imtina etdi, bu da nəticəsi

Ucuz qaz istehlak edəndə və ya atom elektrik stansiyası üçün yanacaq alanda niyə Rusiyanın təsirini xatırlamırsınız?

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin müxalifətdən olan deputatı Eduard Şarmazanov Rusiyanın ölkəyə mənfi təsirləri haqda suala cavabında deyib.

O bildirib ki, Ermənistanda mövcud ciddi təhlükəsizlik vəziyyəti Rusiyanın təsirinin deyil, Paşinyanın Qərbin təkidi ilə 9/10 noyabr tarixli üçtərəfli bəyanatdan imtina etməsinin nəticəsidir.

Onun fikrincə, Paşinyan üçtərəfli bəyanatdan imtina etməsəydi, hazırda Qarabağ “ermənilərin olacaqdı”.