Paşinyan Avropadakı səfirlərini dəyişir

Ermənistanın “Hraparak” nəşri mənbələrə istinadən yazır ki, Ermənistan hakimiyyəti respublikanın Fransa, İsveçrə və Avstriyadakı səfirlərini rotasiya edəcək. 
"Sherg.az"ın   " Hraparak " a istinadən verdiyi məlumata görə, Ermənistanın Avstriyadakı səfiri Armen Papikyan bu ölkənin Avropa Şurasındakı daimi nümayəndəsi təyin olunacaq, bu vəzifəni icra edən Arman Xaçatryan isə Fransada səfir olacaq. 
 Nəşr yazır ki, Ermənistanın Parisdəki diplomatik missiyasının rəhbəri Hasmik Tolmacyan İsveçrəyə səfir, Ermənistanın BMT-dəki nümayəndəsi Mher Marqaryan isə Avstriyaya səfir təyin ediləcək.