TSK tarixində bir ilk: Ordu, Hava və Dəniz Akademiyasında qızlar birnci oldular


Bakırköydəki Milli Müdafiə Universitetinin (MSÜ) Hərbi Hava Qüvvələri Akademiyasında keçirilən diplomların qəbulu və bayraq təhvil mərasimində bir ilk  yaşanıb. 
Sherg.az xəbər verir ki, məzuniyyət mərasimlərinin ardından Hərbi Hava Qüvvələri Akademiyası, Quru Qoşunları Akademiyası və Hərbi Dəniz Qüvvələri Akademiyasında birinci olan müvəffəqiyyətli qadın leytenantlar diqqət çəkdi.

Ankarada Hərbi Akademiyada leytenant Ebru Eroğlu, İstanbul Hərbi Dəniz Akademiyasında leytenant Şeyda Yıldırım və Hərbi Hava Qüvvələri Akademiyasında leytenant İkra Kuyumcu vəzifə müddətini birinci başa vurub. İlk qızlar diplomlarını prezident Rəcəb Tayyib Ərdoğandan aldılar.

Ərdoğan hər üç məktəbdə qızların birinci yeri tutmasının təsadüf olmadığını vurğulayıb:

"Bu, təsadüf deyil, qızlarımızın hərbi akademiyalarımıza olan marağıdır.  Bu onların iş və mübarizəsi sayəsində quruda, havada və dənizdə əldə edilən nəticələridir".

24 yaşı olan və Hərbi Akademiyanı bitirən leytenant Ebru Eroğlu İstanbulda anadan olub. Orta məktəbə qədər İstanbulda təhsil alıb.

22 yaşlı Dəniz Akademiyasının ən yaxşı tələbəsi leytenant Şeyda Yıldırım olub. Kocaelidə anadan olan Yıldırım məzun olması ilə fəxr etdiyini bildirib.

Hərbi Hava Qüvvələri Akademiyasının ən yaxşı tələbəsi 23 yaşında olan leytenant İkra Kuyumcuy idi. Kuyumcu İzmir Amerika Liseyini bitirib.