Otuz ildən sonra işğaldan azad edilmiş ərazilərdə karbon neytrallığına nail olmaq imkanı hədəfi qoyulub.
"APA-Economics" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bu gün Bakıda keçirilən 12-ci “Caspian Energy Forum”unda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu ərazilərdə yenidənqurma işləri ilə bərabər, eyni zamanda ekoloji bərpa məsələlərinə xüsusi diqqət ayrılır.
Nazir müavini onu da əlavə edib ki, hazırda Azərbaycanda ətraf mühitin sağlamlaşdırılması və çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına yönələn işlər görülür.
“Bu gün Azərbaycan dünyanın əsas prioritet hesab etdiyi yaşıl keçidin əsas iştirakçılarından biridir. BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfrasının 29-cu sessiyasına (COP29) ev sahibliyi etmək böyük məsuliyyətdir və bütün ölkə bu mötəbər tədbirə hazırlaşır. COP-a sədrliyimiz çərçivəsində qlobal iqlim gündəliyinin uzun illərdir açıq qalan iqlim maliyyəsi üzrə razılaşma əldə olunmalıdır", - nazir müavini əlavə edib