Əl-Əqsa tufanı əməliyyatının ildönümünə bir həftə qalmış Yaxın Şərqdə gərginlik yenidən ən yüksək həddə çatıb. İsrail sərhədlərindən kənarda həyata keçirdiyi kəşfiyyat əməliyyatları ilə HƏMAS və Hizbullah liderlərinə qarşı əməliyyatlar törətməyə davam edir. HƏMAS lideri İsmayıl Haniyə İranın paytaxtı Tehrandakı iqamətgahında öldürüldükdən sonra bu həftə Hizbullah lideri Nəsrullah da bunkeri deşən raketlərlə öldürülüb. Eyni zamanda Suriya Prezidenti Bəşər Əsədin qardaşı Mahir Əsəd İsrailin hücumu nəticəsində öldürülməsi ilə bağlı məlumat yayılmışdı. Amma daha sonra Suriya Prezidenti Bəşər Əsədin qardaşı Mahir Əsəd İsrailin hücumu zamanı öldürülməsi ilə bağlı yayılan xəbərlər təkzib edilib.
Politoloq Zeynal Əmrəliyev “Sherg.az”a bildirib ki, Amerika Birləşmiş Ştatlarında noyabr ayında prezident seçkiləri keçiriləcək. Həmin seçkilərə qədər İsrail əlində olan bütün imkanlarla irəliləməyə çalışır:
"İsrailin ətraf ərazilərə hücumları və İranın nəzarətində olan proksi qüvvələri də zərərsizləşdirməsi bununla bağlıdır. Eyni zamanda İsrail Amerikayla İranın arasındakı dioloq mühitinə də zərbə vurmaq niyyətindədir. Məlum olduğu kimi Amerika Birləşmiş Ştatlarında Bayden administrasiyası İranın yeni höküməti Məsud Pezeşkianla normal münasibətləri var. Pezeşkian mümkün qədər çalışır ki, Amerika Birləşmiş Ştatlarındakl hökümətlə danışıqları bərpa etsin. Həmçinin İranı sanksiyalardan azad edərək, normal iqtisadiyyat qursun. Ona görə də İsrailə hücum etməkdən çəkinir. İsrail isə bundan istifadə edir. Həmçinin Təl-Əviv ABŞ-də prezident seçkilərində Donald Trumpın yenidən hakimiyyətə gəlməsini arzulayır. Çünki indiki Bayden hakimiyyətinin İsraillə münasibətləri gərgindir. İranın proksi qüvvələrin hesabına İsrailə mümkün cavab verəcək”.