“Birinci Qarabağ savaşı zamanı Ermənistan tərəfindən Azərbaycan torpaqları işğal olunmuşdu. Eyni zamanda həmin vaxt ermənilər azərbaycanlılara qarşı hərbi cinayətlər törədib və kütləvi qırğınlar həyata keçiriblər”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında millət vəkili Naqif Həmzəyev Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi cinayətləri şərh edərkən bildirib.
O söyləyib ki, birinci Qarabağ savaşında itkin düşən 4000-ə yaxın Azərbaycan vətəndaşının taleyinin hələ də məlum olmadığı təəssüf doğurur:
“Ermənistan isə itmiş düşən şəxslərin basdırıldığı yerlər haqqında Azərbaycana məlumat verməkdən qaçır. II Qarabağ müharibəsində torpaqlarımız işğaldan azad olunduqdan sonra Azərbaycan Silahlı Qüvvələri və adiyyəti qurumlar tərəfindən bəzi küyləvi məzarlıqlar tapılıb və həmin şəxslərin kimlikləri müəyyənləşdirilib. Hazırda sülh mətni üzərində iş gedir. Azərbaycan və Ermənistan arasında danışıqlar aparılır. Ermənistan isə təxribatlara əl atmaqla prosesləri yubadır. Ermənilər həqiqətən də sülh istəyirlərsə, İlham Əliyevin dediyi kimi l Qarabağ savaşında azərbaycanlılara qarşı törətdikləri hərbi cinayətlərə görə Azərbaycan dövlətindən və xalqından üzr istəməlidirlər. Sözügedən cinayətləri törədən şəxslərin bəziləri Ermənistanda gizlənilir. Onlar hüquq qarşısında cavab vermək üçün Azərbaycana təhvil verilməlidir. Bu prosesi də məhz Ermənistan həyata keçirməlidir. Yəni Ermənistanın Azərbaycana qarşı səmimi olduğuna və ərazi iddialarından əl çəkdiklərinə əmin olmalıyıq. Eyni zamanda Ermənistan Azərbaycan qarşısında götürdükləri öhdəlikləri yerinə yetirməlidirlər”.