Ermənistan hökuməti noyabrda Bakıda keçiriləcək COP29-da iştirak imkanını müzakirə edir.
Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentin spikeri Alen Simonyan deyib.
“Ermənistanın Bakıda keçiriləcək COP29 sammitində iştirak edib-etməyəcəyi ilə bağlı hələ bir qərar olmasa da, bunun İrəvana nə gətirəcəyini müzakirə etməliyik”, - o bildirib.