
Hasan Oktay: Türkiyə böhranın əsas səbəbinin birbaşa Yunanıstan olmadığını bilir
12:47 04.12.2024
Siyasət
540
Türkiyə xarici işlər naziri Hakan Fidan Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis ilə görüşüb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Sözügedən görüşdə nazirlər Avropa İttifaqının qeyri-rəsmi Xarici İşlər və Müdafiə Nazirləri iclasında iştirak etmək üçün getdikləri Belçikanın paytaxtı Brüsseldə bir araya gəlib.
Qeyd edək ki, kökləri daha qədim olan iki ölkə arasındakı soyuq münasibətlər 2020-ci ildən etibarən gərginlik dövrü kimi qiymətləndirilir. 2023-cü ilin fevralında isə Türkiyədə baş verən zəlzələlərdən sonra münasibətləri yaxşılaşmağa başlayıb.
Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay "Sherg.az"a söyləyib ki, iki NATO üzvü olan Türkiyə və Yunanıstan aralarındakı problemi davamlı böhran həddində saxlayırlar:

"Yunanıstan Qərbin Osmanlıya qarşı qurduğu dövlətdir. Eynilə Ermənistanın türk dünyasına qarşı qurulduğu kimi Yunanıstan da problemli dövlət kimi də qurulub. Türkiyə isə Yunanıstanın bu xüsusi vəziyyətinə baxmayaraq münasibətlərini qoruyur, diplomatik kanallarını açıq saxlayır. Eyni zamanda ortaya çıxan kiçik və böyük problemlərin həlli üçün davamlı yüksək səviyyəli görüşlər keçirir. Digər tərəfdən Türkiyə böhranın əsas səbəbinin birbaşa Yunanıstan olmadığını bilir. Yəni Yunanıstan vasitəsilə Türkiyəyə təzyiq olduğunu bildiyi üçün rəsmi Anklara buna uyğun hərəkət edir. NATO konsepsiyası isə ölkələr arasında problem istəmədiyi üçün son günlərdə Türkiyə-Yunanıstan münasibətlərində də irəliləyiş gözlənilir. Bu mənada Hakan Fidan və Giorgos Gerapetritisin danışıqları adi danışıqlar statusunda keçirilən görüşlər kimi qəbul edilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur
Davutoğlu bu gün ifadə verəcək
14:53 07.09.2026
Dünya
Tərtərdə 52 yaşlı kişi güllələnib, saxlanılan var - YENİLƏNİB-1
14:33 07.09.2026
Hadisə
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edilib
14:16 07.09.2026
Gündəm
“Mexiko” sözünü sildi, “Amerika” yazdı - Trampdan yeni xəritə şousu
13:37 07.09.2026
Dünya
Kobaxidze istefa verməyə hazırlaşmadığını bildirib
13:22 07.09.2026
Region
Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib
13:16 07.09.2026
Gündəm
Məsud Pezeşkian: Məni öldürsələr...
13:11 07.09.2026
Dünya
Sabah Bakıda yağış yağacaq
12:46 07.09.2026
Ekologiya
İran nümayəndə heyəti ABŞ-yə səfər etmək istəyir
12:42 07.09.2026
Dünya
Zəngəzur dəhlizinə görə yeni güzəştlər olacaq
12:29 07.09.2026
Gündəm
İndoneziyada bazarda yanğın olub, 11 nəfər ölüb
12:23 07.09.2026
Dünya
Bloomberg: Avropada heyvan yemi qıtlığı yaranıb
11:50 07.09.2026
Dünya