Erməni politoloqların fikirlərindən belə qənaətə gəlirik ki, Əsədin devrilməsi Ermənistan üçün baha başa gələcək. Ermənilər Türkiyənin Suriya ilə bağlı uğurlarını qəbul edə bilmir. Eyni zamanda Türkiyə və Azərbaycanın strateji əməkdaşlığı müstəvisində bunu özlərinə təhlükə sayırlar. Vaxtilə Paşinyanın Əsədə təbrikləri, bu rejimin də həmişə ermənipərəst mövqe tutub və Azərbaycana qarşı olmasını nəzərə alsaq, Ermənistanı da "uduzanlardan" saya bilərik. Artıq iki ölkə arasındakı münasibətlərin necə davam edəcəyini Suriyadakı yeni hökumət müəyyənləşdirəcək. Digər tərəfdən Hələbdə iştirak edən erməni hərbçilərinin və ümumiyyətlə Suriyadakı erməni terror təşkilatlarının taleyi də maraqlıdır.
Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay "Sherg.az"a deyib ki, İran və Rusiyanın dəstəklədiyi Əsəd rejimi gözlənildiyi kimi böyük dağıntılarla üzləşdi:
"Əsədi keçmiş sovet dövlətindən olan Baas Partiyası idarə etdiyi üçün keçmiş sovet coğrafiyası ölkələri Əsədlə münasibətlərini həmişə isti saxlayıblar. Həmçinin Suriyada bu dövlət üçün əhəmiyyətli erməni icması var. Ona görə də Ermənistan-Suriya əlaqələri həm sovet çərçivəsində, həm də bu xüsusi vəziyyətə görə bu günə qədər çox yaxşı səviyyədə qalıb. Digər tərəfdən Ermənistanın Asala terror təşkilatının Suriya və Livanda təlim keçməsi münasibətlərində çox mühüm yer tutur. Amerika və İsrailin Suriya rejiminə qarşı birgə həyata keçirdiyi HTŞ əməliyyatı nəticəsində İran və Rusiyanın dəstəklədiyi Əsəd administrasiyası dövrü bitdikdən sonra hər kəs yeni vəziyyətə uyğun mövqelərini tutacaq. Ermənistanla Əsəd arasında münasibətlər yaxşı olduğundan, Ermənistanın Suriyaya bundan sonrakı münasibətinə baxılacaq. Ümumiyyətlə isə Ermənistanın Əsədlə yaxşı münasibətlərini necə davam etdirəcəyi, həmçinin yeni administrasiya ilə münasibətlərinin necə olacağı hələlik məlum deyil. Ermənistanın Asala terror təşkilatının Suriya və Livanda təlim keçməsi münasibətlərində çox mühüm yer tutur".