Prezidentin tapşırığı ilə 2004-cü ildən başlayaraq Naxçıvanın qaz təminatı yerinə yetirilir.
Bunu Baş nazir Əli Əsədov Milli Məclisdə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı bildirib.
Baş nazir deyib ki, Naxçıvanda bu gün qaz təminatı 100 %-dir: “Buna baxmayaraq, Prezident İlham Əliyevin təşəbbüsü ilə ikinci xəttin Türkiyə ərazisindən Naxçıvana çəkilməsinə hazırlıq yüksək səviyyədədir”.