Mariam Kvrivişvili: Azərbaycanda çox məhsuldar görüşlərimiz oldu
18:47 11.07.2025
Gündəm
353
Bakıya ilk rəsmi səfərim zamanı Azərbaycan Prezidenti İlham Əliyev və hökumət üzvləri ilə çox məhsuldar görüşlərimiz oldu. Biz iqtisadi əlaqələrin dərinləşdirilməsi və s. məsələləri müzakirə etdik.
AZƏRTAC xəbər verir ki, bu sözlər Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrişvilinin Azərbaycana ilk rəsmi səfərinin nəticələri ilə bağlı yaydığı məlumatda əksini tapıb.
Məlumatda deyilir ki, nazir Mariam Kvrivişvili Azərbaycan Respublikasına ilk rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və digər yüksəkvəzifəli rəsmilərlə məhsuldar görüşlər keçirib.
Nazir bildirib ki, Prezident İlham Əliyevlə keçirilən görüşdə Gürcüstanda iqtisadi inkişafın dinamikası və hökumətin müxtəlif sahələr üzrə həyata keçirdiyi siyasət, xüsusilə də enerji sektorundakı iri layihələr barədə ətraflı müzakirələr aparılıb.
“Azərbaycan Prezidentinə ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilən islahatlar, xüsusilə enerji sektorunda planlaşdırılan böyük layihələr barədə ətraflı məlumat verdik. Görüş olduqca məhsuldar keçdi. Biz ticarət, nəqliyyat, turizm, logistika kimi sahələrdə əməkdaşlığın dərinləşdirilməsini müzakirə etdik”, – deyə, M.Kvrivişvili vurğulayıb.
Nazirin sözlərinə görə görüşdə, həmçinin regionda sülh və sabitliyin əhəmiyyəti də diqqət mərkəzində olub.
Səfər çərçivəsində Mariam Kvrivişvili Azərbaycanın iqtisadiyyat naziri, energetika naziri, rəqəmsal inkişaf və nəqliyyat naziri ilə də görüşlər keçirib. Tərəflər iki ölkə arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivlərini, o cümlədən irimiqyaslı ortaq layihələri ətraflı müzakirə ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual