İsveçdə mədəniyyət qanunu layihəsi ilə bağlı qalmaqal baş verib
18:27 03.09.2025
Dünya
398
İsveç hökumətinin tapşırığı ilə tarixçi və yazıçı Lars Treqord yeni mədəniyyət qanununun layihəsini - ədəbiyyat, teatr, kino, musiqi, din, iqtisadiyyat və ixtiralarda 100 mühüm nailiyyətin siyahısını təqdim edib.
AZƏRTAC xəbər verir ki, siyahıya müasir İsveçin həm klassik əsərləri, həm də simvolları daxil olub: “Uzuncorab Peppi”, Stokholm meriyası, 1766-cı il mətbuat azadlığı haqqında Fərman, Qustav Vasa İncili, IKEA, Nobel mükafatı və atalıq məzuniyyəti.
Qanun üzərində iş 2023-cü ildə başlayıb. Hökumətin planına görə, sənəd İsveç mədəniyyətini daha əlçatan etməli və cəmiyyətdə ümumi istiqamətləri gücləndirməlidir. Seçim meyarlarından biri əsərlərin azı 50 il əvvəl yaradılması şərti idi. Hesabatda qanunun məktəb proqramlarında, tədris materiallarında və yeni gələnlər üçün kurslarda istifadəsi təklif edilir.
Layihə qızğın müzakirələrə səbəb olub. Sosial-demokratlar, mərkəzçilər və “yaşıllar” hesab edirlər ki, hökumət öz gücünü, əslində, vacib olmayan işlərə sərf edir. Onların fikrincə, siyahılar tərtib etmək əvəzinə muzeylərə, teatrlara, tələbə birliklərinə, maarif sisteminə dəstək verilməlidir.
“Mədəniyyət qanunu dövlət tərəfindən deyil, hər gün insanlar tərəfindən yaradılır. Bu, siyasi snobizmin bariz nümunəsidir”, - deyə “Yaşıllar”ın nümayəndələri bildirib.
Əlavə gərginlik sosial-demokratların mədəniyyət siyasəti üzrə nümayəndəsi, kürdəsilli Laven Redar və uşaq ikən İrandan gələn mədəniyyət naziri Parisa Lilyestrandın iştirak etdiyi “Aktuellt” proqramındakı teledebatlardan sonra yaranıb.
“İsveç demokratları”ndan deputat Cessika Stegrud X-də yazıb ki, məhz İsveç kürdü və farsın İsveç mədəniyyət qanunu haqqında mübahisə etməsi xarakterikdir.
Bu ifadə geniş rezonansa səbəb olub. P.Lilyestrand cavab verib ki, İsveç onun yeganə evidir və mədəniyyət naziri olmaq onun üçün böyük şərəfdir. Baş nazir Ulf Kristersson C.Steqruddan izahat tələb edib: “O, hesab edir ki, Parisa mənşəyinə görə debatda iştirak etməməlidir? Qoy açıq desin”.
Sosial Demokratların lideri Maqdalena Andersson yumşaq mövqeyinə görə Baş naziri tənqid edərək qeyd edib ki, “İsveç demokratları”, əslində, əcnəbiəsilli siyasətçiləri isveçli kimi tanımır.
Steqrud daha sonra bildirib ki, onun sözləri düzgün izah edilməyib və növbəti tənqidlərə cavab verməkdən imtina edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdi
10:16 10.07.2026
Gündəm
Şuşada Qlobal Media Forumu keçiriləcək
10:12 10.07.2026
Media
Azərbaycan nefti 79 dollara satılır
09:42 10.07.2026
İqtisadiyyat
Azərbaycan və Rusiya Samur çayını bölüşdürür
09:33 10.07.2026
Aktual
Saçları ağardan yaş deyilmiş
09:19 10.07.2026
Maraqlı
Zelenski: "Çin Ukraynaya görə Rusiyaya ultimatum verib"
08:50 10.07.2026
Dünya
Günün qoroskopu: İşdə məsuliyyətləriniz arta bilər
08:18 10.07.2026
Cəmiyyət
Madonna, Şakira, BTS və Castin bir səhnədə!
07:44 10.07.2026
Şou
Mədə yanması – Həmişə qastrit deməkdirmi?
07:07 10.07.2026
Sağlamlıq
"Qarabağ" ən böyük uğuruna imza ata bilər - Gözəl
06:36 10.07.2026
İdman
Avropa Parlamenti rəqəmsal avronun yaradılmasını təsdiqləyib
04:40 10.07.2026
İqtisadiyyat
Onlar “Emmi” namizədidir!
04:00 10.07.2026
Şou
Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı
02:49 10.07.2026
Maraqlı
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz