
Gürcüstan yenidən Qərbə yönəlir - RƏY
06:34 04.09.2025
Gündəm
352
ABŞ və Aİ ilə yaxınlaşma Kremlin planlarını pozur
Vasif Əfəndiyev: “Gürcüstan Rusiyanın təsir imkanlarını minimuma endirir”
"Son aylarda Gürcüstanın xarici siyasətində yeni konturlar getdikcə daha aydın görünməyə başlayır. Tbilisi həm ABŞ ilə strateji tərəfdaşlığı bərpa etməyə, həm də Avropa İttifaqı ilə inteqrasiyanı sürətləndirməyə çalışır".
Bunu Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev Sherg.az-a açıqlamasında deyib. Siyasi şərhçi bildirib ki, bu kurs ölkənin suverenliyi və təhlükəsizliyi üçün prioritet istiqamət kimi təqdim olunur:

"ABŞ ilə münasibətlərin yenidən qurulması tendensiyasını görürük. Gürcüstan rəhbərliyi Vaşinqtonla münasibətlərin zəifləmiş dinamikasını bərpa etməyə xüsusi önəm verir. Prezident Kavelaşvili tərəfindən ABŞ administrasiyasına ünvanlanan müraciətdə Gürcüstana diqqətin artırılmasının vacibliyi vurğulanır. Dövlət başçısı bildirir ki, strateji tərəfdaşlığın gücləndirilməsi ölkənin əsas prioritetlərindən biridir. Baş nazir Kobaxidze də ABŞ-nin Gürcüstana münasibətdə siyasətini yenidən nəzərdən keçirəcəyinə ümid etdiyini bəyan edib. 2008-ci il müharibəsi və Abxaziya ilə Cənubi Osetiyanın işğalı Gürcüstanın Rusiya ilə münasibətlərini əsaslı şəkildə zədələsə də, Rusiya Gürcüstanı ram etmək üçün resurslar əldə edə bilmişdi".
Ekspert vurğulayıb ki, son illərdə Moskva ilə formal dialoq saxlanılsa da, Gürcüstan cəmiyyətində Rusiyadan asılılığın azaldılması və suveren kursun möhkəmləndirilməsi tələbi daha da güclənib:
"Hazırda Tbilisi ABŞ və Aİ ilə yaxınlaşma yolu ilə Rusiyanın təsir imkanlarını minimuma endirməyə çalışır. Bu isə Kremlin Cənubi Qafqaz siyasətinin getdikcə iflasa uğraması ilə nəticələnir. Gürcüstanın Aİ ilə assosiasiya sazişi mövcuddur, vizasız rejimdən faydalanır. Ötən ay Avropa İttifaqı Gürcüstana Rusiya ilə münasibətlərin davam edəcəyi təqdirdə vizasız gediş-gəliş rejiminin ləğv edilə biləcəyi ilə bağlı xəbərdarlıq edilmişdi. Görünür, Aİ-nin sərt münasibəti Gürcüstan üçün "soyuq duş" effekti verib. İndi isə siyasi inteqrasiya və tamhüquqlu üzvlük məsələsi gündəmə gətirilir. Cəmiyyətdə Avropa seçiminə dəstək yüksəkdir. Bu, Tbilisinin Qərbə yönəlmiş kursunu möhkəmləndirəcək. Gürcüstanın xarici siyasəti yeni mərhələyə qədəm qoyur. ABŞ ilə münasibətlərin yenidən qurulması, Rusiyadan uzaqlaşma və Avropa İttifaqına inteqrasiya ölkənin strateji seçimlərini müəyyən edir. Bu kurs yalnız Gürcüstanın dövlətçilik maraqlarını möhkəmləndirməyəcək, həm də Cənubi Qafqazda qüvvələr balansını dəyişdirərək, regionun siyasi gələcəyinə birbaşa təsir göstərəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdi
10:16 10.07.2026
Gündəm
Şuşada Qlobal Media Forumu keçiriləcək
10:12 10.07.2026
Media
Azərbaycan nefti 79 dollara satılır
09:42 10.07.2026
İqtisadiyyat
Azərbaycan və Rusiya Samur çayını bölüşdürür
09:33 10.07.2026
Aktual
Saçları ağardan yaş deyilmiş
09:19 10.07.2026
Maraqlı
Zelenski: "Çin Ukraynaya görə Rusiyaya ultimatum verib"
08:50 10.07.2026
Dünya
Günün qoroskopu: İşdə məsuliyyətləriniz arta bilər
08:18 10.07.2026
Cəmiyyət
Madonna, Şakira, BTS və Castin bir səhnədə!
07:44 10.07.2026
Şou
Mədə yanması – Həmişə qastrit deməkdirmi?
07:07 10.07.2026
Sağlamlıq
"Qarabağ" ən böyük uğuruna imza ata bilər - Gözəl
06:36 10.07.2026
İdman
Avropa Parlamenti rəqəmsal avronun yaradılmasını təsdiqləyib
04:40 10.07.2026
İqtisadiyyat
Onlar “Emmi” namizədidir!
04:00 10.07.2026
Şou
Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı
02:49 10.07.2026
Maraqlı
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz