
Paşinyan 2026-cı il seçkilərinədək riskli addım atmayacaq - RƏY
05:16 04.11.2025
Region
553
Kilsədə ayrı-ayrı keşişlərin, Qareginə bağlı şəxslərin həbsində məqsəd ona təzyiq göstərməkdir
Baş nazirin məqsədi Qaregini könüllü istefaya məcbur buraxmaq, siyasi proseslərdən uzaqlaşdırmaq, neytrallaşdırmaqdır
Ermənistanda bütün ermənilərin katolikosu II Qareginin qardaşı Gevorq Nersisyan və onun qardaşı oğlu Ambartsum Nersisyan saxlanılıb. Bu barədə vəkil Ara Zöhrabyan öz "Facebook" səhifəsində məlumat verib. Onlar xuliqanlıqda və seçki prosesinə müdaxilədə ittiham olunurlar. Bütün ermənilərin katolikosu II Qaregin və bəzi tanınmış jurnalistlərin mümkün həbsi ilə bağlı Ermənistan daxili işlər naziri Arpin Sarkisyana sual ünvanlanıb. Media nümayəndələri nazirə Ermənistan hökumətinin başçısı Nikol Paşinyanın bununla bağlı müvafiq göstərişinin olduğunu söyləyiblər. İddia ediblər ki, Nikol Paşinyan katolikosla yanaşı, həbs edilməli olan bəzi jurnalistlər və redaktorların adlarını hüquq-mühafizə orqanlarına təqdim edib. Nazir isə bildirib ki, Ermənistan hüquqi dövlətdir və proses faktlar əsasında başlanır: "İstər nazir olsun, istər hökumət qanadının nümayəndəsi, istər jurnalist, istərsə də hər hansı digər vətəndaş, cinayət tərkibi varsa, əlbəttə, proses başlanacaq. Sizin qeyd etdiyiniz məlumatların heç biri reallığa uyğun gəlmir". Oktyabrın 22-də Ermənistanın Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginin patriarxal taxt-tacı ələ keçirdiyini açıqlayıb. Siyasətçinin sözlərinə görə, kilsə rəhbəri subaylıq andını pozub. Paşinyan deyib ki, Hovhannavank monastırında keçirdikləri liturgiya Ktriç Nersisyan tərəfindən (katolikos II Qaregin) təhqir sayılıb: "Təhqir bu deyil, təhqir odur ki, katolikos taxtında oturan şəxs keşişlik andını pozub, məlumatımıza görə, onun övladları var. Təhqir odur ki, Ktriç Nersisyan Ermənistanın mənəvi həyatını çıxılmaz vəziyyətə salıb, katolikos fəaliyyətini ixrac-idxal, pul bölgüsü, alqı-satqı işinə çevirib. Təhqir odur ki, katolikos statusunda olan bir insan Allaha inanmır". Paşinyan Qaregini könüllü istefaya çağırıb.
Siyasi şərhçi Əhməd Şahidov "Şərq"ə deyib ki, Ermənistanda seçkiöncəsi hakimiyyət uğrunda mübarizə dərinləşməkdədir. Ekspert vurğulayıb ki, xüsusən Kilsə ilə Paşinyan hökumətinin qarşıdurması kəskinləşir:

"Bir müddət öncə erməni rahibinin alçaldıcı şəxsi görüntülərinin yayılması Kilsənin nüfuzuna böyük zərbə oldu. Paşinyan çalışır ki, ona qarşı olan II Qaregini Kilsənin başından uzaqlaşdırsın və hökumətə loyal münasibətdə olan keşişi başa gətirsin. Baş nazir artıq öz namizədini müəyyən edib. Amma Kilsə və onun rəhbəri II Qaregin də boş dayanmır. Həbslərə, təzyiqlərə qarşı bölgələrdə Paşinyan hökumətinə qarşı təbliğat aparılır. Kilsənin bölgələrdə nüfuzu mərkəzdən daha çoxdur. Keşişlər yerli sakinlərlə görüşlərində onları seçkiöncəsi Paşinyana qarşı birləşməyə təşviq edirlər. Ona görə də Kilsəyə, keşişlərə qarşı həbslər, təzyiqlər davam edəcək. II Qaragenin ətrafında halqa daralmaqdadır".
Analitik baş keşişin indiki məqamda həbsinin mümkün olduğuna inanmır:
"Qareginin həbsə atılması əks reaksiya verə, hökumətə qarşı etirazları genişləndirə, prosesi baş nazirin əleyhinə çevirər. Hətta Qaregindən "qəhrəman" obrazı düzəltməyə çalışarlar. Ən azından Paşinyan 2026-cı il seçkilərinədək bu riskli addımı atmaqdan çəkinəcək. Kilsədə ayrı-ayrı keşişlərin, Qareginə bağlı şəxslərin həbsində məqsəd ona təzyiq göstərməkdir. Baş nazirin məqsədi Qaregini könüllü istefaya məcbur buraxmaq, siyasi proseslərdən uzaqlaşdırmaq, neytrallaşdırmaqdır. Artıq tərəflər arasında bütün körpülər yandırılıb. Kilsəni erməni diasporu və Rusiyanın dəstəyi də güclü mövqeyə gətirir. Paşinyan bundan da ehtiyatlanır".
İsmayıl Qocayev
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya