
4 kəndin azad edilməsi gündəlikdədir -AÇIQLAMA
4 kəndin azad edilməsi gündəlikdədir -AÇIQLAMA
09:09 28.03.2024
Aktual
435
Zaxarovanın son açıqlamasını pozitiv qiymətləndirmək lazımdır
Digər ərazilərlə bağlı mübadilə təklifi maraqlı görünsə də, razılaşdırılması uzun prosesdir, yalnız iki dövlətin və onların xalqlarının verə biləcəyi qərardır
“Amma təbii ki, Moskva arxivlərində olan müəyyən kartoqrafik bazadan da istifadə edilməsi mümkündür”
Rusiyanın anklavlarla bağlı Azərbaycan və Ermənistan arasındakı məsələdə mövqeyi məlumdur.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova dünən keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Rusiyanın bu mövzuda mövqeyi məlumdur və ardıcıldır: “Biz tərəfləri bu mövzuda maksimal dərəcədə təmkinli olmağa, aqressiv ritorikadan çəkinməyə çağırırıq. Bütün ərazi mübahisələri, qarşılıqlı iddialar istisnasız olaraq siyasi-diplomatik müstəvidə və yalnız siyasi-diplomatik metodlarla həll olunmalıdır. Belə məsələləri, o cümlədən anklavların mübadiləsini Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı ikitərəfli komissiyalar çərçivəsində həll etmək lazımdır. Biz öz tərəfimizdən bu işə Rusiyada nadir kartoqrafik materialların mövcudluğunu nəzərə alaraq maksimal dərəcədə yardım etməyə hazırıq”.
Zaxarova əlavə edib ki, analoji prinsiplər Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılmasına da tətbiq oluna bilər: “Diqqətinizə çatdırıram ki, biz Zəngəzur dəhlizi terminindən istifadə etmirik. Biz Azərbaycanın qərb rayonları ilə Naxçıvanla Ermənistanın Syunik vilayəti vasitəsilə əlaqələndirən marşrutdan danışırıq”.
Rusiya XİN sözçüsü Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılması ilə məşğul olan Üçtərəfli İşçi Qrupun fəaliyyətini bərpa etməyə çağırıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın fikirlərinə münasibət bildirən siyasi şərhçi Cəmaləddin Quliyev “Sherg.az”a deyib ki, Rusiya rəsmilərinin açıqlamalarında, deyilənlərin əksinə olaraq, ardıcıllıq gözlənilmir, mövqe də bəzən anlaşılmaz kimi görünür:
“Bu da Rusiyanın sülhə qarşı çıxması və ya sülh danışıqlarının yalnız öz egidası altında keçirilməsinə çalışması haqda fərqli yozumlara yol açır. Odur ki, tərəflərdən hər hansı birinə qarşı aqressiyanın olmadığı üçün xanım Zaxarovanın son açıqlamasını pozitiv qiymətləndirmək lazımdır. Açıqlamada Zəngəzur dəhlizi termini ilə bağlı ifadə olunan fikir də yeni deyil, bu fikir Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının üçtərəfli görüşündə Vladimir Putin tərəfindən də səslənmişdi. Belə ki, o da tərəfləri terminoloji mübahisələrdən yayınmağa, kommunikasiyaların açılmasını buna görə ləngitməməyə çağırmışdı. Azərbaycan rəsmiləri də məqsədin kommunikasiyaların bərpası olduğunu, xüsusi transterrotoriallıqdan söhbət getmədiyinin işarəsini veriblər”.

C.Quliyevin fikrincə, Rusiyanın bu mövzuda daha yumşaq mövqe tutmasına Çinin marşruta marağının artması, Azərbaycan rəsmilərinin bu mövzuda Çin tərəfi ilə təmaslarının da təsiri var:
“Bəzən ayrı-ayrı şəxslərin və ya KİV-in hərbci ritorikası isə dövlətin mövqeyi deyil, bu, postmüharibə cəmiyyətlərinə xas ritorikadır. Amma Azərbaycan rəsmilərinin ritorikası yetərincə yumşaqdır, sülh gündəliyinə xidmət edən leksikondan istifadə edilir, o cümlədən xüsusi nümayəndələrlə bağlı sərəncamlardan Şərqi Zəngəzur istilahından istifadə edilməməsi ciddi bir addımdır, bunun Azərbaycanın hüquqi aktlarının irrendentist məzmunda olması haqda ittihamları neytrallaşdırmaq məqsədi daşıdığını güman etmək olar. Çünki qarşı tərəf Şərqi Zəngəzur toponiminin rəsmi hüququ aktlara daşınmasını Qərbi Zəngəzura rəsmi iddia kimi təqdim etməyə çalışırdı.
Politoloq anklavların mübadiləsi təklifinə gəlincə, deyib ki, bu, olduqca mürəkkəb prsosesdir, çünki Azərbaycanda yalnız bir anklav varsa, Ermənistanda 4 anklav olmayan, 4 də anklav kənd var:
“Hazırda anklav olmayan kəndlərin azad edilməsi gündəlikdədir. Digər ərazilərlə bağlı mübadilə təklifi maraqlı görünsə də, razılaşdırılması uzun prosesdir, yalnız iki dövlətin və onların xalqlarının verə biləcəyi qərardır. Amma təbii ki, Moskva arxivlərində olan müəyyən kartoqrafik bazadan da istifadə edilməsi mümkündür. Xatirinizdədirsə, Yaxın Şərqdəki ərazi mübahisələrinin həlli üçün Türkiyənin sabiq Prezidenti Abdulla Gül də “tüm tapular bizdədir” deyə oxşar təklif səsləndirmişdi. Hərçənd belə baza şübhəsiz ki, Azərbaycanın özündə də var, zamanında müəyyən beynəlxalq qurumlara da təqdim edilib”.
Yusif Nəzərli
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Xamenei ölməyib
18:01 26.08.2026
Dünya
Özbəkistanın birinci xanımı Mehriban Əliyevanı təbrik edib
17:50 26.08.2026
Ölkə
Tramp: ABŞ tezliklə İranda çox böyük bir qələbə qazanacaq
17:42 26.08.2026
Dünya
Azərbaycan XİN Pakistana başsağlığı verib
17:37 26.08.2026
Aktual
Zelenski cəbhə bölgəsinə səfər edib
17:00 26.08.2026
Dünya
İran və Oman Hörmüz boğazından əldə edilən gəlirləri bölüşdürəcək
16:30 26.08.2026
Dünya
Dünya musiqisinin əfsanəsi Dolly Parton 80 yaşında vəfat edib
16:29 26.08.2026
Mədəniyyət
Nəsib Nəsibli: Netanyahunun bu sözündə həqiqət payı var
15:51 26.08.2026
Aktual
Astanada Qazaxıstan-Çin Süni İntellekt Məktəbi açılacaq
15:30 26.08.2026
Texnologiya
Ucarda zibil poliqonu yanır - FOTO
15:22 26.08.2026
Hadisə
Netanyahu: “Oğullarımdan birini öldürmək istədilər”
15:20 26.08.2026
Dünya
Ərdoğan : “Heç kimə boyun əymərik”
15:03 26.08.2026
Gündəm
İrəvan: Verilmiş vaxt bitdi, KTMT-dən çıxa bilərik
15:00 26.08.2026
Siyasət
10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır
14:57 26.08.2026
Elm və Təhsil
Polad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya
14:56 26.08.2026
Mədəniyyət