ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı

ABŞ federal hakimi 50 yaşlı Krista Paykın edamının dayandırılması barədə qərar verib. Krista Payk son 200 ildən çox müddətdə Tennessi ştatında edam edilən ilk qadın ola bilərdi.

Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti məlumat yayıb.

Məhkəmə qərarı çərşənbə günü, Neşvildəki həbsxanada qadının planlaşdırılan edamından bir neçə saat əvvəl verilib.

Qərar Paykın uşaqlıq dövründə cinsi istismarının məhkəmə prosesində nəzərə alınmamasına dair vəkillərinin kampaniyasından sonra verilib.

Təqsirləndirilən Krista Payk cinayəti törədərkən (1995-ci ildə) 18 yaşında olub. O 19 yaşlı Kollin Slemmeri qətlə yetirməkdə günahkar bilinib. İttiham tərəfinin sözlərinə görə, Slemmerin sevgilisini təqib etməsindən qorxan Payk onu təcrid olunmuş bir yerə aparıb və orada Slemmerlə birlikdə ona işgəncə verib öldürüblər. Qətlin vəhşiliyi, iştirakçıların yaşı və qurbanın bədəninə şeytani simvolun həkk olunması səbəbindən iş diqqət çəkib.

Payk 1820-ci ildən bəri Tennessi hakimiyyəti tərəfindən edam edilən ilk qadın ola bilərdi. ABŞ-də qadın məhbusların edam edilməsi nadir haldır. 1976-cı ildən bəri ölkədə 18 qadın edam edilib ki, bu da ümumi edamların təxminən 1%-ni təşkil edir.