ABŞ-da daha bir senator “erməni soyqırımı” qətnaməsini blokladı
10:29 22.11.2019
Aktual
520
ABŞ-ın daha bir senatoru “erməni soyqırımı” ilə bağlı qətnaməni bloklayıb. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, ABŞ Senatında noyabrın 21-də qətnaməyə səs verilməsi planlaşdırılırdı. Lakin Corciya ştatından olan respublikaçı senator Devid Perdyu qətnaməyə veto qoyub.
Qeyd edək ki, bir neçə gün əvvəl Cənubi Karolinadan olan respublikaçı senator Lindsi Qrema da layihəni bloklamışdı. ABŞ Konstitusiyası istənilən senatora istənilən qətnamə üzrə səsverməni bloklamağa imkan verir.
Xatırladaq ki, ötən ay ABŞ Nümayəndələr Palatası qondarma soyqırımla bağlı qətnamə qəbul edib. Həmin sənəd tam təsdiqlənməsi üçün Konqresin hər iki palatasında qəbul edilməli və ABŞ Prezidenti tərəfindən imzalanmalıdır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla görüşündən sonra mətbuat konfransında bildirmişdi ki, Nümayəndələr Palatası tərəfindən bu qətnamənin qəbul edilməsi iki ölkə arasında ikitərəfli münasibətlərə kölgə sala bilər.
L.Qrem Türkiyə Prezidenti ilə görüşdən sonra Senatda qətnamənin qəbul edilməsinin əleyhinə çıxıb və bəyan edib ki, senatorlar tarixi yenidən yazmağa çalışmamalıdırlar.
Qalmaqala səbəb olan sənədin müəllifi ermənipərəst senator Robert Menendezdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya