ABŞ Türkiyə maraqlarından vaz keçməyəcək
Fidan Həmişəyeva
08:14 24.04.2021
Aktual
948
Böyük ehtimalla Bayden "soyqırım" ifadəsini işlətməyəcək
"Bu gün Amerika-Türkiyə münasibətləri özünün çox həssas dönəmini yaşamaqdadır"
ABŞ Prezidenti Co Bayden hələ seçki təbliğatı zamanı bəyan etmişdi ki, Prezident seçiləcəyi təqdirdə 1915-ci ildə Anadoluda baş vermiş hadisələrin “soyqırım” kimi tanınması haqqında qətnaməni dəstəkləyəcək. ABŞ-da seçkiqabağı bu cür vədlər vermək ənənəvi hal alıb. Lakin bəzi ekspertlər düşünürlər ki, bu gün, yəni aprelin 24-ü Bayden “erməni soyqırımı” ifadəsini səsləndirməyəcək.
Amerikalı konqresmenlər vasitəsilə Baydenə təzyiqlər artıb və ondan “erməni soyqırımı” ifadəsini işlətməyi tələb edirlər. Türkiyə mediası Baydenin “erməni soyqırımı” ifadəsi işlədə biləcəyini vurğulasa da, bunun Ankara üçün böyük fəlakət anlamına gəlmədiyini yazır. Baydenin bu ifadəni işlətməsi ilə ciddi bir şeyin dəyişməyəcəyi aydındır. Lakin ABŞ siyasi dairələrində formalaşan fikrə görə, Bayden bu addımı ilə Türkiyə və Azərbaycanla münasibətlərə xələl gətirmiş olacaq.
Tanınmış politoloq, sabiq təhlükəsizlik zabiti Ərəstun Oruclu mövzu ətrafında fikirlərini “Şərq”lə bölüşüb.
Analitik bildirib ki, Baydenin qondarma "erməni soyqırımı"nı tanıyacağı və yaxud “soyqırım” sözünü işlədəcəyi sualı aktullaşıb:
“Bu “soyqırım”ın tanınması erməni lobbisi üçün nə deməkdir? Ermənilər bundan ümumi platforma düzəldiblər və öz icmalarını daim səfərbər etmək, onu təşkilatlanmış şəkildə saxlamaq üçün mövzunu həmişə istismar edirlər. O cümlədən Amerika Erməniləri Milli Komitəsi illər boyu müntəzəm olaraq çalışır ki, ABŞ prezidentləri tərəfindən “soyqırım” ifadəsi işlədilsin və tanınsın. Məsələ burasındadır ki, Amerika prezidentliyinə namizəd olan bir çox şəxs seçkilər prosesində “soyqırımı” tanıyacaqlarını deyiblər. Lakin son nəticədə heç biri tanımayıb və “soyqırım” ifadəsini işlətməyiblər. Səbəb isə çox sadədir. Amerika prezidentliyinə namizədlər bir tərəfdən erməni icmasının dəstəyini qazanmaq üçün bu vədi verirlər, digər tərəfədən isə ABŞ-ın siyasi-strateji və digər maraqları imkan verməyib ki, bu ifadəni işlədərək Türkiyə ilə münasibtələri korlasınlar.
Bu gün Amerika-Türkiyə münasibətləri özünün çox həssas dönəmini yaşamaqdadır. Türkiyə müstəqil xarici siyasətini yürüdür, lakin bu siyasət bütün hallarda ABŞ-ın maraqları ilə üst-üstə düşmür”.
Ə.Oruclu vurğulayıb ki, Bayden Administrasiyası, Baydenin özü və Konqresdəki müəyyən demokrat toplum ermənilərə daha rəğbətlə yanaşırlar:
“Ümumiyyətlə, demokratlarda belə bir tendensiya var. Lakin erməni lobbisinin gücü o qədərdir ki, onlar məsələyə təsir göstərirlər. Fikrimcə, bu, yanlışdır. Baydenin “soyqırım” ifadəsini səsləndirməsi daha çox ABŞ-ın maraqlarından asılıdır. Bu baxımdan ermənilərə rəğbətlə yanaşan Baydenin “soyqırım” sözünü deməsi istisna edilmir. Digər tərəfdən isə Bayden hazırda özünün çox həssas və gərgin dönəmini yaşayan ABŞ-Türkiyə münasibətlərinə bunun təsirini nəzərə alaraq, belə ifadəni səsləndirməyə də bilər. Ona görə də məsələyə birmənalı fikir söyləmək çox çətindir”.
Politoloqun sözlərinə görə, konkret olaraq bunu demək olar ki, Bayden “soyqırım” ifadəsini işlətsə də, bu, heç nəyi dəyişməyəcək:
“Sadəcə, ABŞ-Türkiyə münasibətləri bir qədər də soyuyub, gərginləşəcək. Düşünürəm ki, məsələni dramatikləşdirməyə ehtiyac yoxdur. Dünyanın bir çox ölkələri qondarma “erməni soyqırımı”nı tanıyıb, amma bu tanıma heç bir məqama təsir göstərməyib. Nə Türkiyə ilə münasibətlərə, nə Ermənistanın hansısa uğuruna. Bayden belə ifadə işlətsə, faciə baş verməyəcək və Ermənistana hansısa dividendlər gətirməyəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə