ABŞ vətəndaşlarına müraciət etdi: Dərhal tərk edin!

ABŞ Dövlət Departamenti öz vətəndaşlarını artan gərginliklə əlaqədar İraqı dərhal tərk etməyə çağırıb.

Bu barədə Dövlət Departamenti müraciət yayıb.

Müraciətdə qeyd olunub ki, ABŞ vətəndaşları İraqı təyyarə ilə tərk etməli, bu mümkün deyilsə, quru yolla digər ölkələrə keçməlidir.