ADR poçt markası qran-priyə layiq görüldü
17:23 26.12.2019
Aktual
544
2018-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Azərmarka MMC tərəfindən dövriyyəyə buraxılmış “Azərbaycan Demokratik Respublikası - 100 il” adlı poçt bloku Vyana beynəlxalq filateliya sərgisinin (Wiener Internationale Postwertzeichen-Ausstellung – WIPA) ilk onluğuna daxil olub.
Nazirlikdən bildirilib ki, sözügedən poçt blokunun üzərində xüsusi gümüşü örtüklə Azərbaycan Respublikasının xəritəsi əks olunub. Markanın perforasiya xətti isə Azərbaycan Demokratik Respublikasının dövlət sərhədlərini göstərir. Poçt blokunun üzərində “1918 – 2018. Azərbaycan Demokratik Respublikası – 100 il” və “1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Cümhuriyyəti bizim milli sərvətimizdir, tariximizin parlaq səhifəsidir. Heydər Əliyev” sözləri yazılıb.
Bir markadan ibarət poçt blokunun ölçüsü 90x100 millimetrdir. “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən hazırlanmış blok Fransanın “Cartor Security Printing CSP” mətbəəsində 5000 ədəd tirajla çap edilib.
Qeyd edək ki, “WIPA” beynəlmiləl filateliya sərgisi 1881-ci ildən qeyri-müntəzəm olaraq Avstriyanın paytaxtı Vyana şəhərində keçirilir. Burada dünyanın ən gözəl poçt markası seçilir. “ADR-100” adlı poçt bloku 50 ölkə arasında 10-cu yerə layiq görülüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq