Ağdam şəhərinin yeni baş planı fantastikdir
Turan
08:48 30.05.2021
Aktual
751
"Ölkə başçısının işğaldan azad olunmuş bölgələrə səfərlərinin hər biri tarixi hadisədir".
"Sherg.az" xəbər verir ki, bu barədə millət vəkili Nəsib Məhəməliyev sosial şəbəkədə yazıb.
Deputat bildirib ki, budəfəki Ağdam səfəri öz zənginliyinə, məzmununa görə əvvəlkilərdən xeyli fərqlənir:
"Səfər çərçivəsində Ağdam şəhərinin, açıq və qapalı Zəfər muzeylərinin, məşhur 1 nömrəli məktəbin, sənaye parkının, əsası qoyuldu. Ağdam şəhərinin yeni baş planı, nəzərdə tutulan parkların, stadionun, atçılıq mərkəzinin, şəhər kənarı meşəliklərin, aqrokomplekslərin, ən müasir standartları özündə əks etdirən şəhər nəqliyyat sisteminin, velosiped yolları ilə, ekoloji tələblərə cavab verən küçə və prospektlərin təqdimatı baş tutdu. İşğaldan azad olunmuş şəhər və rayonların ən yüksək dünya standartlarına uyğun bərpa olunacağına heç kim şübhə etmirdi. Bu barədə Prezident əvvəlki çıxışlarında toxunmuşdu. Ancaq etiraf edək ki, təqdim olunan layihələr fantastikdir. Hər hansı mübaliğədən kənar, bütün aspektlərinə görə zamanı qabaqlayan layihələrdir. İnsanın ən yüksək tələblərə cavab verən komfort yaşayışını təmin etmək üçün bütün incəliklər nəzərə alınıb".
N.Məhəməliyevə görə, belə bir şəhərdə yaşamaq təkcə ağdamlıların yox, hər kəsin arzusudur:
"Belə bir estetikanı görən mənfur qonşularımızın keçirdikləri hissləri, düşüncələri təsəvvür etmək çətin deyil. Hesab edirəm ki, Ağdamdakı görüşləri televiziya vasitəsilə izləyən hər kəs xüsusi zövq aldı. Prezidentin Ağdam şəhərini, inzibati rayonunu, su resurslarını dərindən bilməsi hər kəsi təəccübləndirməklə yanaşı, həm də onun bu sahədə yüksək peşəkarlığının göstəricisidir. Qələbə epopeyası davam edir. Yaxın zamanlarda daha çox yeniliklərlə təəccüblənəcəyimizə şübhə yoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ narkotik kartellərinə zərbələri davam etdirmək niyyətindədir
05:36 21.06.2026
Dünya
4 yaşlı oğlunu qucağına alıb 8-ci mərtəbədən atladı
04:23 21.06.2026
Hadisə
Futbolçu meydanda oyun zamanı öldü - FOTO
03:27 21.06.2026
Hadisə
Azərbaycanda ilk dəfə Beynəlxalq Tanqo Festivalı keçirilib
01:44 21.06.2026
Mədəniyyət
Şahbaz Şərif ABŞ-İran danışıqları üçün İsveçrəyə səfər edib
01:05 21.06.2026
Gündəm
Şotlandiyada baltalı şəxs hücum etdi: yaralılar var
00:31 21.06.2026
Dünya
Polşa Prezidenti: Zelenski bizim "qırmızı xəttimiz"i keçib
23:40 20.06.2026
Dünya
DÇ-26: Niderland İsveçi darmadağın etdi
23:21 20.06.2026
Futbol
Gəncədə 67 yaşlı qadının meyiti tapıldı
22:32 20.06.2026
Hadisə
Ağstafaya dolu düşdü
22:21 20.06.2026
Ekologiya
Müharibə əsla dayanmayacaq, İsrail bu razılaşmanı pozacaq - ŞƏRH
21:56 20.06.2026
Gündəm
"Qarabağ"ın oyununda yeddi qol vuruldu
20:57 20.06.2026
Futbol
AYB-nin Mingəçevir bölməsinin sədri vəfat edib
20:46 20.06.2026
Ədəbiyyat
Urmiya gölündə son vəziyyət: 18 dəfə artım...
20:27 20.06.2026
Region
Siqaret qaçaqmalçılığı üzrə daha bir məhkəmə başlayır
20:14 20.06.2026
Cəmiyyət