
Ağdam-Xankəndi variantına Rusiyanın razılığı mühüm yenilikdir
Ağdam-Xankəndi variantına Rusiyanın razılığı mühüm yenilikdir
Yusif Nəzərli
05:03 07.09.2023
Aktual
544
Fransa, İran kimi dövlətlərin destruktiv təxribatları olmasa, Kremlin mövqeyi gərginliyin azalmasına səbəb ola bilər
Rusiya Ağdam-Xankəndi marşrutu ilə humanitar yüklərin maneəsiz şəkildə regiona çatdırılmasının tərəfdarıdır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun sözlərinə görə, məlum məsələ Rusiya XİN-in Azərbaycan-Ermənistan normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayevin İrəvan səfərində ətraflı müzakirə olunub:
“Biz Rusiya, Azərbaycan və Ermənistan liderlərinin kompleks üçtərəfli razılaşmaları əsasında hərəkət edirik. Humanitar yardımın maneəsiz olaraq həm Laçın, həm də Ağdam marşrutu ilə regiona çatdırılmasının tərəfdarıyıq. Məsələnin lazımsız siyasiləşdirilməməsinə çağırırıq”. Göründüyü kimi, Moskva Laçın yolundan yüklərin buraxılmasına nail olmaq üçün Bakının istəyini qəbul edir, daha doğrusu, buna məcburdur. Kremlin Qarabağ məsələsində Bakı ilə mövqeləri toqquşsa da, kənar oyunçuların Laçın yolu üzərindən bölgəyə müdaxiləsinin qarşısının alınması məsələsində uzlaşır. Sonrakı prosesdə Ağdam marşrutunu əsas daşıma yoluna çevirmək imkanları genişdir. Laçın yolundakı nəzarət postu da hadisələrin inkişafına yön vermək baxımından Bakının əlini gücləndirir.
Millət vəkili Nəsib Məhəməliyev "Sherg.az"a açıqlamasında bildirib ki, Ağdam-Xankəndi yolu ilə yüklərin maneəsiz daşınması ilə bağlı Rusiyanın mövqeyi müsbət qiymətləndirilməlidir. Deputatın sözlərinə görə, Moskvanın məsələyə münasibəti Azərbaycanın maraqları ilə üst-üstə düşür:
"Bu, Qarabağda yaşayan erməni əsilli vətəndaşların reinteqrasiyası istiqamətində atılmış növbəti addım ola bilər. Avropa İttifaqı Şurasının da dəstəklədiyi Ağdam-Xankəndi variantına Rusiyanın maneçilik törətməməsi və razılığı mühüm yenilikdir. Fransa, İran kimi dövlətlərin destruktiv təxribatları olmasa, Kremlin mövqeyi gərginliyin azalmasına səbəb ola bilər. Ancaq Avropa İttifaqı Şurasının və Rusiyanın mövqelərinin üst-üstə düşməsi də kifayət etmir. Ermənistanın siyasi hakimiyyətinin, cəmiyyətdəki revanşist qüvvələrin, hətta separatçıların da istəyi olmalıdır. Onlara qarşı konkret təzyiq mexanizmi işə salınmalıdır. Yoxsa, quru sözlərlə və yaxud üzdə bir, arxada başqa yanaşmalarla problem həllini tapmayacaq".

Parlamentari vurğulayıb ki, hər kəsə bəllidir ki, Ağdam-Xankəndi yolu sülhməramlıların nəzarətindədir. Sülhməramlılar Azərbaycan hökuməti ilə birlikdə konkret tədbirlər planı hazırlayır və icra edirlər:
"Separatçılar tərəfindən ehtimal olunan istənilən destruktiv hərəkətlərin qarşısının alınmasında Azərbaycan Silahlı Qüvvələri sülhməramlılara kömək göstərməyə hazırdır. Reallıq odur ki, sadə ermənilərin bir çoxu Azərbaycan vətəndaşlığını qəbul etmək istəyir. Deməli, onları girov saxlayan erməni daşnaklar barədə ciddi tədbir görülməlidir. Rusiya ötən əsrin 80-ci illərin sonlarındakı səhvlərini təkrar etməməli, əvvəlki xətalardan düzgün nəticə çıxarmalıdır. Əks halda ilk növbədə özü üçün arzuolunmaz nəticələrlə qarşılaşa bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya
ABŞ BMT-yə terrorizmlə mübarizə üzrə yeni strategiya təqdim edəcək
18:07 01.07.2026
Dünya
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşüb
17:50 01.07.2026
Gündəm
İyunda dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
17:17 01.07.2026
Hadisə
Gürcüstanda azərbaycanlı qız öldürüldü - FOTO
17:01 01.07.2026
Hadisə
Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib
16:58 01.07.2026
Gündəm
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
16:20 01.07.2026
Hadisə
27 ölkədən biri "yox" desə, Türkiyənin yolu bağlanır - ŞƏRH
15:45 01.07.2026
Dünya
Hakan Fidan: Rusiya-Ukrayna danışıqları birbaşa aparılmalıdır
15:27 01.07.2026
Gündəm