“Anatolian Phoenix-2021” davam edir ! - “Təlimdə tər tökən, döyüşdə qan tökər!”
Fidan Həmişəyeva
15:54 26.05.2021
Aktual
664
Ali Baş Komandan İlham Əliyevin təsdiq etdiyi plana əsasən Azərbaycan Ordusunda qoşun növlərinin hərbi təlimləri davam etdirilir. Təlimdə 15000 nəfərədək şəxsi heyət, 300-dək tank və digər zirehli texnika, 400-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri, minaatan və tank əleyhinə vasitələr, 50-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları iştirak edir.
Ordumuzun Türkiyənin Konya şəhərində keçirilən “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimi də davam edir. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, beynəlxalq təlimdə paraşüt hazırlığı üzrə məşqlər keçirilib.
Məşqlərin keçirilməsində əsas məqsəd şəxsi heyətin paraşütlərdən istifadə vərdişlərinin təkmilləşdirilməsi, həmçinin onların döyüş və xüsusi hazırlıq səviyyəsinin daha da artırılmasıdır. Təlim iyunun 4-dək davam edəcək.
Qarabağ qazisi, ehtiyatda olan gizir Natiq Mehdiyev sözügedən təlimlərin əhəmiyyətini “Sherg.az”a şərh edib:
“Belə bir deyim var: “Təlimdə tər tökən, döyüşdə qan tökər!”. Müharibədə əldə etdiyimiz nailiyyətlər də məhz hərbi təlimlərimizin nəticəsidir. Təlimlər əsgər və zabitlərimiz üçün sağlamlıqdır, həmçinin döyüş bacarığının artırılması deməkdir. Torpaqlarımızı azad etdik, lakin hər zaman döyüş qabiliyyətimizi saxlamalıyıq. Bunun üçün də Ali Baş Komandanımız müvafiq plan təsdiq edir ki, hərbi qulluqçularımız təlimlərə qatılsınlar. Bu təlimlərin bütün üstünlüklərini həm Aprel döyüşləri, həm də İkinci Qarabağ savaşında gördük. Fürsətdən istifadə edib, bütün hərbçilərimiz, əsgərlərimiz, zabit və generallarımıza uğurlar arzu edirəm. Ümid edirik ki, bu təlimləri alnıaçıq başa vuracaqlar. Bütün hərbçilərimizə güvənirik!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü oldu
11:31 13.10.2026
Gündəm
Tramp “sülhə əsas maneə” kimi Putini yox, Zelenskini görür
11:30 13.10.2026
Dünya
AZAL 9 ayda 3 milyondan çox sərnişin daşıyıb
11:25 13.10.2026
İnfrastruktur
28 yaşlı kişi quduzluqdan vəfat etdi
11:07 13.10.2026
Hadisə
DİN motosiklet və skuter sürücülərinə xəbərdarlıq etdi
10:47 13.10.2026
İnfrastruktur
Bakıda oğul anasını bıçaqladı
10:45 13.10.2026
Hadisə
“Roşka” ləqəbli tiktokerə hökm oxundu
10:41 13.10.2026
Cəmiyyət
İsraildə hava limanında təyyarədə bomba olması xəbəri yayılıb
10:39 13.10.2026
Dünya
Bu aviaşirkətlər Səudiyyəyə uçuşları dayandırdı
10:34 13.10.2026
Dünya
“Zelenski razılaşma əldə etmək istəmir”: Trampdan AÇIQLAMA
10:33 13.10.2026
Dünya
Azərbaycanda dəmiryolçuların peşə bayramı qeyd olunur
10:28 13.10.2026
İnfrastruktur
“44” filmi ilə bağlı mətbuat konfransı keçirilib
10:24 13.10.2026
Mədəniyyət
Yuliya Pasternak vəzifəsindən ayrıldı
10:17 13.10.2026
Dünya