Ankara şərt qoyur !- “Şimali Kiprin rəhbəri türklərdən olmalıdır”
Turan
13:58 25.03.2021
Aktual
849
“Türkiyənin Kipr siyasətinin mahiyyəti ondan ibarətdir ki, türk əhalinin həyatı üçün hansısa təhlükə yaranmasın”
“Onların hüquqları qətiyyən pozulmasın”
Son günlər Türkiyə ilə Yunanıstan arasındakı Şərqi Aralıq dənizi ilə bağlı gərginlik, Şimali Kiprə görə Ankaraya sanksiya tətbiq edilməsi yönündə çağırışlar Şimali Kipr Türk Cümhuriyyətinin rəsmən tanınması məsələsini yenidən gündəmə gətirib. Bəzi ekspertlərin fikrincə, Ankara hökuməti Şimali Kiprin rəsmən tanıdılmasına nail olmaq üçün daha ciddi addımlar atmalıdır. Bir qisim siyasi şərhçilər isə deyirlər ki, Türk Kiprini tanıyan ilk dövlət məhz Azərbaycan olmalıdır. Onların qənaətincə, əgər əvvəlki dönəmdə Qarabağla bağlı müəyyən narahatlığımız var idisə, artıq önümüzdə belə əngəl yoxdur. Lakin bəzi analitiklər isə düşünürlər ki, məsələ heç də adanın Türkiyənin nəzarətində olan bölgəsinin rəsmi dövlət kimi tanıdılmasına nail olmaqdan ibarət deyil. Ankaranın Kiprlə bağlı əsas tələbi başqadır.
Xatırladaq ki, 1959-cu ildə Böyük Britaniya, Türkiyə, Yunanıstan və Kiprdəki yunan və türk cəmiyyətləri arasında Sürix və London müqaviləsi imzalanıb. Müqaviləyə görə adada Kipr Respublikası elan edilib və Kipr xalqlarının vəziyyətini təyin edən Konstitusiya təsdiqlənib. Yunan tərəfini baş yepiskop Makarios, türk tərəfini isə Fazıl Kiçik təmsil edib. Sonrakı illərdə Makarios adanın Yunanıstana birləşməsi üçün ciddi mənada Enozis hərəkatına başlayıb. Bu hərəkat çərçivəsində adadakı türk əhaliyə qarşı xüsusi amansızlıqla soyqırım törədilib. Məhz bundan sonra, yəni 1974-cü ildə rəsmi Türkiyə Silahlı Qüvvələri adaya müdaxilə edərək türklərin qətliamına son verib.
Məsələni “Sherg.az”a dəyərləndirən ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, Ankara israrlı şəkildə Şimali Kiprin müstəqilliyini tələb etmir. Partiya rəhbərinin sözlərinə görə, Türkiyənin Kipr siyasətinin mahiyyəti ondan ibarətdir ki, ada vahid dövlət halında birləşsə belə, bir daha türk əhalinin həyatı üçün hansısa təhlükə və risk meydana gəlməsin, onların hüquqları qətiyyən pozulmasın:
“Kipr adasında həm yunanların, həm də türklərin maraqlarını ifadə edən vahid hökumətin yaradılması ilkin tələblərdən biridir. Məsələn, Ankara şərt qoyur ki, hökumətdə ya prezident, ya da baş nazir mütləq türklərdən olmalıdır. Türkiyə bu istiqamədə həm BMT çərçivəsində danışıqlarda iştirak edir, həm də yunanlarla birbaşa müzakirələrə qatılır.
Eyni zamanda Şimali Kiprlə adanın cənubu arasında baş tutmuş görüşlərdə aktiv vasitəçi rolunu oynayır. Yəni Kiprin vahid dövlət olması əslində Türkiyənin də maraqlarına xidmət edir. Şübhəsiz, Ankara Şimali Kiprin müstəqil dövlət olmasını istəsəydi, rəsmi Bakı buna mütləq müsbət cavab verərdi. İndiki şəraitdə Azərbaycanın mövqeyi tamamilə doğrudur”.
S.Cəlaloğlu vurğulayıb ki, 1959-cu ildə yaradılmış Kipr dövlətinin tərkibində ayrıca bir dövlət yaranmayıb. Sadəcə 1974-cü il hadisələrindən, yəni türklərə qarşı soyqırım törədiləndən sonra ada iki hissəyə bölünüb:
“Bunları bir-biri ilə qarışdırmaq olmaz. Türkiyə burada milli müqəddəratı həll etmək prinsipindən çıxış etmir. Ankara hökuməti ilk növbədə tələb edir ki, adadakı türklərin həyatına, hüquqlarına təminat verən siyasi rejim qurulsun və vahid dövlət formalaşsın. Məlumdur ki, Cənubi Kipr BMT tərəfindən rəsmi dövlət kimi tanınıb.
Belə halda Kiprin şimalını müstəqil ölkə kimi tanımalı olan ilk subyekt məhz Cənubi Kipr dövlətidir. Türkiyə isə hərbi himayədar və türklərin hüquqlarını qoruyan güclü tərəf kimi çıxış edir.
Yəni Kipr məsələsi bizim anladığımız formada mütləq tanınma tələb edən statuslardan tamamilə fərqlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya